Yanvar 22-24-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Qubadlı, Zəngilan, Tərtər, Tovuz rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 9 (doqquz) və Dövlət Sərhəd Xidmətindən 2 (iki) müraciət daxil olub.
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na müvafiq olaraq, ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da vaksinasiya prosesinin birinci mərhələsinə start verilib.
Ağcabədidə sahələrdən 37992,10 ton pambıq yığılıb, ümumi məhsuldarlıq 35,54 sentnerdir.
Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. Gənclərimiz tarixi həqiqətləri bilməlidir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən parlaq səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır.
Sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir.
12-18 yanvar 2021-ci il tarixlərində Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “20 yanvar” faciəsinin 31-ci ildönümü ilə əlaqədar olaraq gənclər arasında ”20 Yanvar faciəsi-Qan Yaddaşı” başlığı altında onlayn inşa yazı müsabiqəsi keçirilmişdir.
19 yanvar 2021-ci il tarixdə Azərbaycan Respulikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı əsasında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı “20 Yanvar – şəhidlik zirvəsi” mövzusunda onlayn videokonfrans keçirilmişdir.
Müharibədən cəmi iki ay vaxt keçsə də, ölkəmizdə böyük quruculuq işlərinə start verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoymuşdur.
Bu il yanvarın 15-dən 17-dək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağdam, Ağcabədi, Cəbrayıl, Goranboy, Qubadlı, Zəngilan, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 14 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 2 müraciət daxil olub.
Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüşün məqsədi 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımlar birlikdə müzakirə olunub.