Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Xocavənd kəndində keçirilmişdir

10 aprel 2024 | 11:22
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının mövcud qarfikə əsasən yerlərdə təşkil olunan növbəti səyyar qəbulu aprelin 9-da Xocavənd kənd 1 saylı tam orta məktəbində keçirilib.
Öncə məktəbin həyətində Azərbaycanın Milli Qəhrəmanı Sadıq Hüseynovun büstü ziyarət olunub, önünə güllər düzülüb.
Hüquq mühafizə orqanlarının rəhbərləri, RİHB aparatının məsul şəxsləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin media nümayəndələrinin iştirak etdiyi görüşdə çıxış edən icra başçısı Rafil Hüseynov sakinləri Müqədəs Ramazan bayramı münasibəti ilə təbrik edib, onlara bol ruzi, xeyir-bərəkət, cansağlığı arzulayıb.O, səyyar qəbulların keçirilməsində məqsədin vətəndaşların problemləri ilə yaxından maraqlanmaq və bu problemlərin vaxtında həll edilməsinə nail olmaq olduğunu qeyd edib.
Sonra sakinlərə söz verilib. Budəfəki səyyar qəbulda müraciətlər müxtəlif mövzularda olub. Belə ki, qəbul iştirakçıları arasında ünvanlı sosial yardımın alınmasında yaşanan problemlər, qaz sayğacında yaranan nasazlıq, abunəçinin qazpulu borclarının olması səbəbindən qaz verilişinin dayandırılması, uçmuş körpünün bərpa olunması, kənd ərazisindəki məzarlığın təmizlənməsi, işlə təmin olunma, o cümlədən içməli və suvarma suyu ilə bağlı çətinlik yaşayanlar bu problemlərin həll olunmasını xahiş ediblər.
Sakinlərə izah olunub ki, ünvanlı sosial yardımla bağlı yaşanan problemin kökü araşdırılmalı və bu işdə vətəndaşın özü iştirak etməlidir.
Məzarlığın təmizlənməsi ilə bağlı müraciətə cavab olaraq bildirilib ki, bunun üçün bələdiyyəyə müraciət edilməlidir.
Körpünün bərpa edilməsi ilə bağlı məsələ isə öz həllini yerindəcə tapıb və aidiyyəti şəxslər tezliklə problemin aradan qaldırılacağı bildiriblər.
Bundan başqa, qaz, su və işlə təmin olunmada yaşanan çətinliklərlə bağlı məsələlər də müzakirə edilib, vətəndaşlara tələbləri ilə bağlı lazımi izahlar verilib və onlar aidiyyəti ünvanlara yönləndiriliblər.
Keçidlər