Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Aran kəndində keçirilmişdir
05 aprel 2024 | 12:06
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Rüseynovun növbəti səyyar qəbulu Aran kəndində keçirilib.
Görüşdə çıxış edən icra başçısı əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, görülən danışıb.
Sonra söz alan qəbul iştirakçıları mövcud problemlərdən söz açaraq kömkəlik göstərilməsini xahiş ediblər. Qaldırılan məsələlərl bağlı aidiyyəti qurumların nümayəndələri danışıb problemlərin həlli yolları müzakirə edilib.
Həlli mümkün məsələlərlə bağlı rayon rəhbəri tərəfindən müvafiq göstərişlər verilib.