Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Rayon haqqında

  • RİH başçısı Hüseynov Rafil İsrafil oğlu 11.2019-cu il tarixdən işləyir. Ərazisi 1,76 min kv.km-dir. Əhalisi 01.01.2024-cü il tarixə 136062 nəfərdir, 1 şəhər, 1 qəsəbə və 44 kənd vardır.
  • Dövlət Statistika Komitəsinin məlumatına əsasən 01.01.2024-cü tarixə əhalinin ümumi

     sayı 136062 nəfər, o cümlədən Ağcabədi şəhər əhalisinin sayı 40946 nəfərdir;

  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 8 dəfə Ağcabədi rayonuna səfər etmişdir (01.2008, 06.05.2011, 24.12.2011, 29.08.2013, 28.11.2017, 05.11.2018 , 03.06.2020 və 13.02.2022 )
  • Tahir Rzayev 86 saylı Ağcabədi Seçki Dairəsi üzrə deputatdır.

  • Aqil Abbas 85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsi üzrə deputatdır.

 

Ağcabədi rayonunda 2004-2023-cü illər ərzində görülmüş işlər

Qaz təchizatı:

46 yaşayış məntəqəsindən ibarət olan rayonun 41 yaşayış məntəqəsi qazla təchiz olunmuşdur.

Su və kanalizasiya sistemi:

Ağcabədi şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə 2016-cı il tarixindən başlanılmışdır. Rayonun su təchizatı və kanalizasiya sistemi yenidən qurulmuş, bu məqsədlə 221,2 km su və 209,7 km kanalizasiya xətti çəkilmişdir. 01.01.2013-01.01.2024-cü illərdə rayon ərazisində 163 ədəd əkin sahələrinin suvarılması üçün subartezian quyusu qaılmışdır. 2011-01.01.2024-cü illərdə içməli su təminatının yaxşılaşdırılması məqsədilə 26 subartezian və 2 artezian quyusu qazılmış, 13 ədəd 25 tonluq, 2 ədəd 500 tonluq və 2 ədəd də 5000 tonluq su anbarları tikilmişdir. Hazırda layihə üzrə tədbirlər davam etdirilir.

Yol infrastrukturu:

242,9 km (77,3 km şəhərdaxili və məhəllədaxili, 165,6 km kəndlərarası avtomobil yolları) asfalt örtüyü salınmışdır. Hüsülü–Kürdlər–Şərəfxanlı–Mirzəhaqverdili avtomobil yolunun Şahsevən Təzəkənd kəndindən Minəxorlu kəndinə keçən hissəsində Qarqar çayı üzərində 72 metr  uzunluğunda körpü tikilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə 41 km uzunluğunda Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun yenidən qurulması işləri başa çatmışdır. Əlavə olaraq 10,24 km uzunluğunda Ağcabədi rayonu Şənlik kənd avtomobil yolunun yenidən qurulması işləri başa çatmışdır.

Təhsil obyektləri:

Rayon üzrə 1 universitet, 1 kollec , 62 məktəb, 1 peşə məktəbi və 36 bağça fəaliyyət göstərir. 43 məktəb, 7 bağça tikilmiş,  15 məktəb, 4 əsaslı təmir  olunmuşdur.

Səhiyyə obyektləri:

Rayon üzrə 1 xəstəxana, 1 Vərəm şöbəsi, 24 kənd həkim və 24 tibb məntəqəsi  fəaliyyət göstərir. 3 səhiyyə müəssisəsi tikilmiş,  8 əsaslı təmir  olunmuşdur.

Mədəniyyət obyektləri:

Ağcabədi rayonu üzrə 9 musiqi məktəbi, 1 Qarabağ Muğam Mərkəzi, 39 kitabxana, 35 klub, 1 Heydər Əliyev Mərkəzi, 1 Dövlət rəsm qalereyası, 1 Tarix-Diyarşünaslıq Muzeyi, 1 ev muzeyi fəaliyyət göstərir. 2 yeni müəssisə - Heydər Əliyev Mərkəzi və Qarabağ Muğam Mərkəzi tikilmiş,  3 müəssisə - Rayon Mədəniyyət Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Şəhər Uşaq İncəsənət Məktəbi əsaslı təmir  olunmuşdur.

Gənclər və idman obyektləri:

3 gənclər və idman müəssisəsi fəaliyyət göstərir. 2 gənclər və idman müəssisəsi – Olimpiya İdman Kompleksi və Şahmat Məktəbi tikilmiş, gənclər və idman müəssisəsi əsaslı təmir  olunmamışdır.

Şəhid ailələri və əlillər üçün yaşayış binaları:

16, 24 və 36 mənzilli yaşayış binaları və 96 ədəd fərdi ev tikilib istifadəyə verilmişdir.

İş yerləri (01.01.2024-cü il):

47231 yeni iş yeri açılmışdır.

Yeni yaradılmış müəssisələr (01.01.2024-cü il):

945 yeni müəssisə yaradılmışdır.

Keçidlər