Şriftin ölçüsü :

Saytın rəngi :

Könüllü fəaliyyət

 

E     L     A     N


Hörmətli gənclər!

Ağcabədi Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə Azərbaycan Respublikasının “Könüllü fəaliyyət haqqında” Qanununa müvafiq olaraq Ağcabədi Rayon İcra Hakimiyyətində könüllü əsaslarla fəaliyyət göstərmək arzusunda olan 18-28 yaşlı gəncləri dəvət edir.

Namizədlər üçün tələblər:
       İntizamlılıq;
       Xoşrəftarlılıq;
       Ünsiyyətcillik;
       Operativlik;
       Kollektivdə işləmək bacarığı;
       Təşkilatçılıq;
       Təşəbbüskarlıq;
       Kompüter bacarığı;
Könüllülük fəaliyyətinin müddəti: 2 ay

Könüllülük fəaliyyəti 2 növbədə təşkil olunur:
- 09:00-13:00 – birinci növbə
- 14:00-18:00 – ikinci növbə

Könüllü kimi müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcəkdir.

Könüllü olmaq istəyən gənclər özləri haqqında məlumatı (CV)   mail@agcabedi-ih.gov.az  elektron poçt ünvanına göndərə bilərlər.

Keçidlər