Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə pambıqçıların rayon seminar müşavirəsi keçirilib

04 aprel 2024 | 12:23

   4 aprel 2024-cü il tarixdə Ağcabədi rayon Mədəniyyət Mərkəzində pambıqçıların rayon seminar müşavirəsi keçirilib. Seminar müşavirədə  Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri  İmran Çümşüdov, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Rəfail Quliyev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elm İnnovasiya Mərkəzi Elmi innovasiyaların tədqiqi şöbəsinin müdiri Cavanşir Təlali, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Monitorinq və təhlil şöbəsinin müdiri Ramil Piriyev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Suvarma şöbəsinin baş məsləhətçisi  Fuad Nəsirov, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin direktor müavini  Hüseyn Qafarov, “P-Agro” MMC-nin direktor müavini  İlham Səfərov,  “MKT İK” MMC-nin Aqrar şöbəsinin direktoru İsmayıl Abay, Aqrar Sığorta Fondunun şöbə müdiri Əli Əhmədov,  Aqrar Sığorta Fondunun Hadisələrin tənzimlənməsi şöbəsinin əməkdaşı Samid Ağayev, Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin rəisi Nicat Quliyev, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini İnqilab Kazımov, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Elçin Quliyev, Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyi, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının müvafiq şöbə müdirləri, o cümlədən  “MKT İK” MMC Ağcabədi filialının, “Azərpambıq ASK” MMC-nin Ağcabədi pambıq istehsalı və emalı zavodunun, “P-Agro” MMC-nin Ağcabədi filialının və “COTTON TRADE” MMC-nin rəhbərliyi, mütəxəssisləri, fermerləri, rayon icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, ərazilərdən pambıq əkən fermerlər, rayon Suvarma Sistemləri İdarəsinin sahə rəisləri və sudan istifadə edənlər birliyinin rəhbərləri iştirak ediblər.

Seminar müşavirəni açıq elan edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov  qeyd edib ki, Ağcabədi  respublikada iri pambıqçılıq rayonlarından biri olub, bu gün də həmin ənənəni davam etdirməkdədir. Son bir neçə ildə pambıqçılıq sahəsinə fermerlərin marağı daha da artmışdır. Pambıqçılıq gəlirli bir sahə kimi torpaq mülkiyyətçilərinin əsas məşğuliyyətinə çevrilmiş, artıq rayonda 13 min hektar sahədə çiyid səpini üçün müqavilələr bağlanmışdır.

Sonra hesabat məruzəsi ilə  çıxış etmək üçün söz Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanova verilib. Məruzədə ötən ilin yekunlarına nəzər salınarkən qeyd olunub ki, 2023-cü ildə pambıq əkini üçün müqavilə bağlamış 1556 fermerdən 188 nəfəri hər hektar sahədən 50 sentnerdən yüksək və 718 nəfəri isə 30-50 sentner arası məhsul əldə etmişdir. A. Süleymanov çıxışında əldə edilən uğurlarla yanaşı bir sıra problemlərə də toxunub. O, 2023-cü ildə pambıq əkini aparılmış sahələrdə mövsüm ərzində aqrotexniki tələblərə uyğun becərilmə işləri aparılmağına baxmayaraq pambığın məhsuldarlığının 2022-ci ilə nisbətən aşağı olması səbəblərindən də söz açaraq bildirib ki,  ötən ilin iyun ayında Ağcabədi rayonunda güclü küləklə müşahidə olunan yağış və dolu yağması nəticəsində rayonun Hacılar, Boyat, Qaraxanlı kəndlərində 96 ha pambıq sahəsi tamamilə məhv olmuş, 85 ha pambıq sahəsinə ciddi, 30 ha pambıq sahəsinə isə qismən ziyan dəymiş və məhsuldarlıq kəskin şəkildə aşağı düşmüşdür. Dolu vurmuş sahələrdə aparılmış aqrotexniki tədbirlər zamanı pambıq sahələrinin bir qismi bərpa olunmasına baxmayaraq həmin kəndlər üzrə məhsudarlıq 12 sentner təşkil etmişdir. Bununla yanaşı, 2023-cü ilin sentyabr ayından başlayan güclü yağıntılar nəticəsində pambığın yetişməsi ləngimiş və bu da öz növbəsində yığımın gecikməsinə səbəb olmuş, yetişməkdə olan daban qozaları da çürümüşdür.

Pambıqla bağlı bir çox məsələlərə toxunan məruzəçi cari ildə pambığın həm becərilməsində, həm də vaxtında və itkisiz yığılaraq təhvil verilməsində üzərlərinə düşən vəzifələrin öhdəsindən gəlmək üçün bütün imkanlardan istifadə edəcəklərini qeyd edib.

Sonra Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Çümşüdov, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Rəfail Quliyev, Aqrar Sığorta Fondunun şöbə müdiri Əli Əhmədov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elm İnnovasiya Mərkəzi Elmi innovasiyaların tədqiqi şöbəsinin müdiri Cavanşir Təlali, Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin rəisi Nicat Quliyev, “MKT İK” MMC-nin Ağcabədi filialının direktoru Şahin Məhərrəmov, Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəisi Azər Bayramov,  pambıqçı fermer Abdulla Həsənov, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Kəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mürvət Orucov, Salmanbəyli bələdiyyəsinin sədri Fəxrəddin Qasımov çıxış ediblər.

Yekunda fermerləri maraqlandıran suallar aidiyyəti üzrə cavablandırılıb.

Keçidlər