Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə çiyid səpininə start verilib.

08 aprel 2024 | 11:11
2024-cü il təsərrüfat ili üçün Ağcabədi rayonunda 13 min hektar ərazidə çiyid səpini nəzərdə tutulub. Aprelin 5-dən etibarən sahələrdə çiyid səpininə start verilib. Belə ki, Ağcabədi şəhər inzibati ərazisində - Hacıbədəlli, Mehrablı, Qaradolaq və Yeni Qaradolaq kəndlərində çiyid səpininə başlanılıb.
Aprelin 7-də Ağcabədi Rayon İcra Hamiyyətinin başçısı Rafil Hüseynov və Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov rayonun Mehrablı kəndində fermer Zülfüqar Əliyevin və Yeni Qaradolaq kəndində fermer Əkbər İsmayılovun sahəsində səpin prosesi ilə yaxından tanış olublar, eyni zamanda fermerlərə öz məsləhət və tövsiyələrini veriblər.
Məlumat üçün bildiririk ki, bugünə qədər rayon ərazisində 200 hektar sahədə çiyid səpini artıq başa çatdırılıb.
Keçidlər