Ağcabədidə Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb.
06 aprel 2024 | 20:20
Aprelin 5-də Ağcabədidə Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb.
Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Kral” şadlıq sarayında təşkil olunan yığıncaqda rayon icra hakimiyyətinin, YAP Ağcabədi rayon təşkilatının, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, aztəminatlı ailələr, ağsaqqallar, din xadimləri rayon ictimaiyyəti iştirak edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov tədbiri giriş sözü ilə açaraq Ramazan ayının fəzilət və dəyərlərindən, onun vəhdət və birlik ayı olmasından danışıb.
Sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edib. O, İslam dininin sülhün, dincliyin təbliğatçısı olduğunu, Azərbaycanın da hər zaman sülhə tərəfdar çıxdığnı diqqətə çatdırıb. Lakin müəyyən qüvvələrin bu sülhü pozmağa cəhd etdiyi zamanda mübarizə aparmağı da bacardığımızı vurğulayan icra başçısı Vətən müharibəsi, Antiterror tədbirləri zamanı bu yolda canını fəda edən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş edib.
Sonra Ağsaqqallar Şurasının üzvü, YAP veteranı Əli Əliyev, Şəhid anası Məlahət Həziyeva çıxış edərək müqəddəs ramazan ayı münasibətilə öz təbriklərini tədbir iştirakçılarına çatdırıblar.
Daha sonra Ramazan duası ilə iftar süfrəsi açılıb.