Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Qiyaməddinli kəndində keçirilmişdir

24 aprel 2024 | 18:08
Aprelin 24-də Qiyaməddinli kəndində Ağcabədi Rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu keçirilib.
Qiyaməddinli kənd tam orta məktəbinin binasında təşkil olunan görüşdə icra başçısı ilə yanaşı hüquq mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavini, Aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, media nümayəndələri iştirak ediblər.
Çıxış edən rayon rəhbəri Rafil Hüseynov bildirib ki, hazırda təsərrüfatda işlərin çox olduğu bir vaxt olmasına baxmayaraq, kəndlərdə sakinlərlə mütəmadi görüşlər keçirilir, onların problem və çətinlikləri öyrənilir. Hazırda Qiyaməddinli kəndində keçirilən səyyar qəbulun da məqsədi budur. Odur ki, sakinləri narahat edən məsələlərin öyrənilməsi üçün əsas söz onlara verilir.
Qəbul iştirakçılarından Xosrov Quliyev, Mərhəmət Məmmədov, Ayxan İbrahimov, Əhməd Quliyev və başqaları mövcud problemləri diqqətə çatdıraraq köməklik göstərilməsini xahiş ediblər. Müraciətlərdə kənddə içməli su ilə bağlı məsələ xüsusilə diqqət çəkib. Bildirilib ki, kəndin yalnız bir hissəsində içməli su var. Digər hissəsində isə xeyli müddətdir artezian quruduğu üçün sakinlər əziyyət çəkir. Məsələ ilə bağlı məktub hazırlanması, aidiyyəti qurumlara göndərilməsi tapşırılıb.
Kəndin elektrik şəbəkəsinin kabelləşdirilməsi ilə bağlı müraciətə cavab olaraq bildirilib ki, bu məsələ yenidənqurma layihəsinə salınıb, cari ildə həyata keçirilməsi gözlənilir.
Kəndə internet çəkilişi zamanı yolların bərbad hala düşməsi və yenidən bərpa olunmaması məsələsi də ciddi müzakirəyə səbəb olub və problemin tezliklə aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi üçün göstəriş verilib.
Bunlardan əlavə, kəndarası yolların asfatlaşması, əkin sahələrinin suvarılması zamanı su verilişi vaxtının müəyyən saatlaradək artırılması, pay torpağının verilməsi və s.lə bağlı müraciətlər də cavablandırılıb, bəzi məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə tapşırıq verilib, bəziləri ilə bağlı vətəndaşlara müvafiq ünvanlara müraciət etmələri tövsiyə olunub.
Keçidlər