Ağcabədidə şəhid ailələri ziyarət olunublar.
Ağcabədidə şəhid ailələri, qazilər, müharibə iştirakçıları hər zaman rayon rəhbərliyinin diqqət mərkəzindədir. Demək olar ki, bütün bayramlarda bu ailələr ziyarət olunur, onlara sovqat aparılır, yaxud görüşlər keçirilir. Ramazan bayramında da bu ənənə davam etdirilib. Belə ki, aprelin 9-da Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Kəbirli kəndində şəhid ailələrini ziyarət edib.
O, Antiterror tədbirləri zamanı şəhid olan Nofəl Yusiblinin və Vətən müharibəsi şəhidi Təhmasib Qarayevin ailəsinin yaşadığı evdə olub, onların bayramlarını təbrik edib. Ziyarət zamanı rayon rəhbəri bu ailələrinin qayğıları ilə maraqlanıb.
Şəhidlərin yaxınları göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına, rayon rəhbərinə öz səmimi minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, ziyarət zamannı rayon icra hakimiyyəti tərəfindən hazırlanan bayram sovqatları ailələrə təqdim olunub.