Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

İqtisadiyyat

2026-cı ilin yanvar-mart ayları ərzində AĞCABƏDİ RAYONUNUN

İQTİSADİ VƏ SOSİAL İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ

 

2026-cı ilin yanvar-mart ayları ərzində iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı 123353,7 min manat təşkil etmiş və 2025-ci ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə 2,7 faiz artmışdır. Məhsul buraxılışının həcmi 2025-ci ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə informasiya və rabitə sahəsi 46,5 faiz, kənd təsərrüfatı meşə təsərrüfatı və balıqçılıq sahəsi 5,5 faiz, sənaye sahəsi 2,0 faiz ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsi 0,7 faiz artmış, ancaq, nəqliyyat və anbar təsərrüfatı sahəsi 8,3 faiz, tikinti sahəsi isə 22,3 faiz azalmışdır.

Sənaye. 2026-cı ilin yanvar-mart ayları ərzində 32710,7 min manatlıq sənaye məhsulu istehsal edilmiş, bu göstərici də 2025-ci ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə 2,0 faiz artmışdır. İstehsalın ümumi həcmində emal bölməsi 72,2 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi 26,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi 1,2 faiz təşkil etmişdir. Məhsulun 72,2 faizi qeyri-dövlət sektorunun, 27,8 faizi isə dövlət sektorunun payına düşmüş və 2025-ci ilin yanvar-mart aylarına nisbətən qeyri-dövlət sektoru 21,2 faiz artmış, dövlət sektoru isə 5,1 faiz  azalmışdır.

Emal bölməsində 2026-cı ilin yanvar-mart ayları ərzində 23609,1 min manatlıq məhsul istehsal edilmiş, 2025-ci ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə 10,3 faiz artmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində məhsul istehsalının həcmi 2025-ci ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə 8,9 faiz azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,5 faiz artmışdır.

Kənd təsərrüfatı. 2026-cı ilin yanvar-mart ayları ərzində kənd təsərrüfatı üzrə ümumi məhsulun dəyəri 53613,7 min manat təşkil etmiş, 2025-ci ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə 5,5 faiz artmışdır.

2026-cı ilin yanvar-mart ayları ərzində bitkiçilik üzrə ümumi məhsulun dəyəri 3,7 min manat, heyvandarlıq üzrə isə 53610,0 min manat olmuşdur ki, bu da 2025-ci ilin yanvar-mart aylarına nisbətən bitkiçilik üzrə 9,8 faiz azalmış, heyvandarlıq üzrə isə 11,9 faiz artmışdır.

2025-ci il üçün əkin sahələrinin cəmi 71206,3 hektar olmuş və 2024-cü ilə nisbətən 1,3 faiz artmışdır.            

2026-cı ilin yanvar-mart ayları ərzində heyvandarlıq sahəsində diri çəkidə 3585,4 ton ət, 38098,0 ton süd, 3594 min ədəd yumurta istehsal edilmişdir. 2025-ci ilin yanvar-mart aylarına nisbətən yumurta istehsalı 303,0 min ədəd və ya 9,2 faiz, ət istehsalı 184,6 ton və ya 5,4 faiz, süd istehsalı isə  1989,1 ton və ya 5,5 faiz artmışdır.

2026-cı il aprel ayının 1-nə 81663 baş iribuynuzlu mal-qara (ondan 50785 baş inək və camış), 187470 baş qoyun və keçi mövcud olmuşdur. 2025-ci ilin yanvar-mart aylarına nisbətən iribuynuzlu mal-qaranın sayı 3758 baş (4,8 faiz), (inək və camışların sayı 1783 baş (3,6 faiz) artmış, qoyun və keçilərin sayı isə 4028 baş (2,1 faiz) azalmışdır.

Tikinti. 2026-cı ilin yanvar-mart ayları ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 5219,1 min manat məbləğində, yaxud 2025-ci ilin yanvar-mart aylarına nisbətən 2,4 dəfə çox vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4904,0 min manatı və ya 94,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunaraq, 2025-ci ilin yanvar-mart aylarına nisbətən 2,4 dəfə artmışdır.

Nəqliyyat. 2026-cı ilin yanvar-mart ayları ərzində avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 1819 min nəfər sərnişin daşınmış, 2025-ci ilin yanvar-mart aylarına nisbətən 6,3 faiz artım müşahidə olunmuşdur.

2026-cı ilin yanvar-mart ayları ərzində avtomobil nəqliyyatı ilə 795,0 min ton yük daşınmış və 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 5,7 faiz artmışdır.

 

 

 

İnformasiya və rabitə. İnformasiya və rabitə müəssisələri tərəfindən 2026-cı ilin yanvar-mart ayları ərzində 51,5 min manatlıq xidmət göstərilmiş və bunun da 18,8 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2025-ci ilin yanvar-mart aylarına nisbətən informasiya və rabitə xidmətlərinin həcmi müqayisəli qiymətlərlə 46,5 faiz artmışdır.

İstehlak bazarı. 2026-cı ilin yanvar-mart ayları ərzində pərakəndə ticarət şəbəkələrindən əhaliyə 106870,2 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 20772,1 min manatlıq ödənişli xidmət, 1956,6 min manatlıq isə iaşə xidmətləri göstərilmişdir. 2025-ci ilin yanvar-mart aylarına nisbətən pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə  0,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 13,4 faiz, iaşə dövriyyəsi  isə 9,4 faiz artmışdır.

Əməkhaqqı. 2026-cı ilin yanvar-fevral ayları ərzində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 642,0 manat, dövlət sektorunda 682,8 manat, qeyri-dövlət sektorunda 554,5 manat təşkil etmişdir. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı orta rayon göstəricisinə nisbətən yüksək olmuşdur. Maliyyə və sığorta sahəsində 1906,1 manat, digər sahələrdə xidmətlərin göstərilməsi sahəsində 1181,0 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminat sahəsində 861,3 manat, elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 945,3 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 905,4 manat istirahət, əyləncə və incəsənət sahəsində 660,5 manat, emal sənayesində isə 673,6 manat, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 535,3 manat, informasiya və rabitə sahəsində 767,7 manat, peşə, elmi və texniki fəaliyyət sahəsində isə 609,5 manat təşkil etmişdir.

Demoqrafik vəziyyət. 2026-cı il 01 aprel tarixinə rayon əhalisinin sayı  137,7 min nəfər təşkil etmişdir.

 

Ümumi məhsul buraxılışı

 

2026-cı ilin yanvar-mart ayları ərzində ümumi məhsul buraxılışının həcmi 123353,7 min manat  olmuş 2025-ci ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə 2,7 faiz artmışdır.

2026-cı ilin yanvar-mart ayları ərzində ümumi məhsul buraxılışının həcmi sənaye sahəsində 32710,7 min manat (26,5 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində  53613,7 min manat (43,5 faiz), tikinti sahəsində 1222,8 min manat (1,0 faiz), nəqliyyat və anbar təsərrüfatı sahəsində 1556,5 min manat (1,26 faiz), informasiya və rabitə sahəsində 51,5 min manat (0,04 faiz), ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 34198,5 min manat (27,7 faiz) təşkil etmişdir.

Ümumi məhsul buraxılışı müqayisəli qiymətlərlə informasiya və rabitə sahəsi 46,5 faiz, kənd təsərrüfatı meşə təsərrüfatı və balıqçılıq sahəsi 5,5 faiz, sənaye sahəsi 2,0 faiz ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsi 0,7 faiz artmış, ancaq, nəqliyyat və anbar təsərrüfatı sahəsi 8,3 faiz, tikinti sahəsi isə 22,3 faiz azalmışdır.

Keçidlər