Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Kənd təsərrüfatı

Kənd təsərrüfatı

 

2026-cı ilin yanvar-mart ayları ərzində kənd təsərrüfatı üzrə ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 53613,7 min manat təşkil etmiş və 2025-ci ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə 5,5 faiz artmışdır.

2026-cı ilin yanvar-mart ayları ərzində bitkiçilik məhsullarının dəyəri 3,7 min manat, heyvandarlıq məhsullarının dəyəri isə 53610,0 min manat olmuşdur ki, bu da

2025-ci ilin yanvar-mart aylarına nisbətən bitkiçilik üzrə 9,8 faiz azalmış, heyvandarlıq üzrə isə 11,9 faiz artmışdır.

Bitkiçilik. 2025-ci il məhsulu üçün cəmi 71206,3 hektar sahədə əkin aparılmış,  2024-cü ilə nisbətən əkin sahələri 924,7 hektar və ya 1,3 faiz artmışdır.

2025-ci ilin məhsulu üçün 852,0 hektar sahədə qarğıdalı (2024-cü ilə nisbətən 8,3 faiz az), 11821,7 hektarda pambıq (2024-cü ilə nisbətən 9,8 faiz az), 764,2 hektarda şəkər çuğunduru (2024-cü ilə nisbətən 2,3 dəfə çox), 101,2 hektarda kartof (2024-cü ilə nisbətən 10,6 faiz çox), 1583 hektarda tərəvəz (2024-cü ilə nisbətən 5,0 faiz çox), 788 hektarda bostan bitkiləri (2024-cü ilə nisbətən 28,5 faiz az), 20546,3 hektarda isə yem bitkiləri (2024-cü ilə nisbətən 0,1 faiz çox) əkilmişdir.

2025-ci ildə 17,1 ton barama tədarük olunmuş və 2024-cü ilə nisbətən 21,2 faiz azalmışdır.

 

Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, hektar

                                                                                                                         

Göstəricilər

2025-ci il

2024-cü il

2025-ci il

2024-cü ilə nisbətən, (faizlə)

Payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər

35601,9

33590,8

106,0

            o cümlədən:     

     payızlıq və yazlıq buğda

20973,7

19997,4

104,9

     payızlıq və yazlıq arpa

13776,2

12664,7

108,8

    qarğıdalı

852,0

928,7

91,7

Pambıq

11821,7

13112,0

90,0

Şəkər çuğunduru

764,2

338,2

225,9

Kartof

101,2

91,5

110,6

Tərəvəz

1583,0

1507,0

105,0

Bostan

788,0

1102,8

71,4

Yem bitkiləri

20546,3

20516,3

100,1

Cəmi əkin sahəsi

71206,3

70281,6

101,3

 

 

                 Kənd təsərrüfatı məhsullarının ümumi əkin sahəsinə nisbəti, (faizlə)

 

 

Kənd təsərrüfatı bitkilərinin məhsul istehsalı, ton

                                                                                                                  

Göstəricilər

2025-ci il

2024-ci ilə

2025-ci il, 2024-cü ilə nisbətən, (faizlə)

Dənlilər və dənli paxlalı bitkilər

167891,3

161266,5

104,1

            o cümlədən:     

     payızlıq və yazlıq buğda

100192.0

95245,0

105,2

     payızlıq və yazlıq arpa

54122,0

49641,0

109,0

    qarğıdalı

11638,9

14176,9

82,1

Pambıq

41304,8

37379,1

110,5

Şəkər çuğunduru

15291,6

10552,8

144,9

Kartof

1274,6

1152,0

110,6

Tərəvəz

71753,1

68442,6

104,8

Bostan

19518,7

         26682,0

73,2

 

2025-ci il ərzində dənli və dənli paxlalı bitkilərin istehsalı 167891,3 ton olmuş  və 2024-cü ilə nisbətən 6624,8 ton və ya 4,1 faiz artmışdır.

Heyvandarlıq. 2026-cı ilin yanvar-mart ayları ərzində heyvandarlıq sahəsində diri çəkidə 3585,4 ton ət, 38098,0 ton süd, 3594 min ədəd yumurta istehsal edilmişdir. 2025-ci ilin yanvar-mart aylarına nisbətən yumurta istehsalı 303,0 min ədəd və ya 9,2 faiz, ət istehsalı 184,6 ton və ya 5,4 faiz, süd istehsalı isə 1989,1 ton və ya 5,5 faiz artmışdır.

 

                        Heyvandarlıq məhsullarının istehsalı, tonla                                                                                     

Göstəricilər

 

2026-cı ilin yanvar-mart ayları

2025-ci ilin yanvar-mart ayları

2026-cı ilin yanvar-mart ayları, 2025-ci ilin yanvar-mart aylarına nisbətən, (faizlə)

%

+, -

Ət (diri çəkidə)

3585,4

3400,8

105,4

+184,6

Süd

38098,0

36108,9

105,5

+1989,1

Yumurta, min ədəd

3594

3291

109,2

+303,0

 

2026-cı il aprel ayının 1-nə 81663 baş iribuynuzlu mal-qara (ondan 50785 baş inək və camış), 187470 baş qoyun və keçi mövcud olmuşdur. 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 3758 baş (4,8 faiz), (inək və camışların sayı 1783 baş (3,6 faiz) artmış, qoyun və keçilərin sayı isə 4028 baş (2,1 faiz) azalmışdır.

 

 

Mal-qaranın sayı, baş        

Göstəricilər

2026-cı ilin yanvar-mart ayları

2025-ci ilin yanvar-mart ayları

2026-cı ilin yanvar-mart ayları ,

2025-ci ilin yanvar-mart aylarına nisbətən, (faizlə)

%

+, -

İribuynuzlu mal-qara

81663

77905

104,8

+3758

ondan:

    inək və camışlar

50785

49002

103,6

+1783

   qoyun və keçilər

187470

191498

97,9

-4028

Keçidlər