Şriftin ölçüsü :

Saytın rəngi :

Coğrafi mövqeyi

Ağcabədi rayonu Bərdə, Zərdab, Ağdam, Xocavənd, Beyləqan rayonları ilə həmsərhəddir. Rayonunun mərkəzi Ağdam dəmir yolu stansiyasından 45 km, Bakıdan 300 km aralı, Qarqar çayının hər iki sahilində, Mil və Qarabağ düzlərindədir.
Relyefi
Ağcabədi rayonunun relyefi düzənlikdir, şimal-şərqdən cənub-qərbə doğru tədricən yüksəlir, ərazinin səthi antropoden sisteminin kontinental - Allüduar və dəniz çöküntülərindən təşkil olunmuşdur. Rayon ərazisində gil yataqları da var.
Rayonun şimal-şərq sərhəddi ilə təqribən 45 km məsafədə Kür çayı, mərkəzi hissədə Qarqar çayı axır. Rayon ərazisindən Yuxarı Qarabağ və Xan qızı adlı kanallar keçir.
Ərazidə şor sulu göllər var. Boz-çəmən, boz, çəmən-boz torpaqlar yayılmışdır. Mərkəzi hissədə şor və şorakət torpaq sahəsinə də təsadüf olunur. Rayonda meliorasiya işləri tətbiq olunur.
Təbiəti
Şimal-şərq sərhədi ilə Kür çayı, mərkəzi hissədən Qarqar çayı axır. Rayonun ərazisindən Yuxarı Qarabağ kanalı keçir. Ərazisində şor sulu göl var. Boz-çəmən, boz, çəmən-boz torpaqları yayılmışdır. Mərkəzi hissədə şor və şorakət torpaq sahələrinə təsadüf olunur. Bitkiləri çöl və yarımsəhra tiplidir. Kür çayı sahilində kolluqlar və seyrəlmiş Tuqay meşələri vardır. Heyvanları: ceyran, canavar, çöldonuzu, çaqqal, tülkü, bataqlıq qunduzu, porsuq, boz dovşan, Kiçik Asiya qum siçanı və s. Quşları: turac, göyərçin, qaraqarın bağrıqara, qırqovul və s. Ağgöl Milli Parkı Ağcabədi rayonu ərazisindədir. Burada 15 növ heyvan, 20 növ balıq və 40 növ bitki qeydə alınmışdır.
İqlimi
İqlimi mülayim, isti və quru subtropiktdir. Orta aylıq temperatur yanvarda 1,2 - 1,7 C, avqustda isə 25-30 C-dir.
 

Keçidlər