Şriftin ölçüsü :

Saytın rəngi :

Tədbirlər

                                                     Ağcabədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçki keçirilib
Martın 11-də Ağcabədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili ilə əlaqədar rayon icra hakimiyyətinin iclas zalında yığıncaq keçirilib.
Yığıncaqda namizəd irəli sürüb-sürülməməsindən asılı olmayaraq rayon ərazisində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının 5 nəfərdən ibarət bərabər sayda təmsilçiləri iştirak ediblər.
Toplantını açıq elan edən seçki komissiyasının sədri Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova İctmai Şuranın fəaliyyətindən danışıb. O, bildirib ki, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 2024-cü il 11 yanvar tarixli 2 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakı, dövlət və yerli özünüidarəetmə orqanlarının ictimaiyyətlə məsləhətləşməsi və ictimai rəyin nəzərə alınması məqsədilə rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili üçün yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla cəmi 9 nəfərdən ibarət seçki komissiyası yaradılıb. Çıxışda həmçinin seçki komissiyası tərəfindən Ağcabədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın 9 nəfərlik say tərkibinin müəyyən edilməsi, İctimai Şuranın vətəndaş institutları tərəfindən seçilməsinə dair Əsasnaməyə uyğun olaraq, rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində, “Aran” qəzetində və onun nəzdində çalışan internet saytında elan verilərək, namizədlərin irəli sürülməsi müddətinin 2024-cü il yanvar ayının 15-dən fevral ayının 12-dək təyin edilməsi də vurğulanıb. Nəticədə 13 nəfərin namizədliyi komissiya tərəfindən qeydə alınıb.
Seçki komissiyasının sədri çıxışını bitirdikdən sonra yığıncaq iştirakçıları səs vermək üçün seçki bülletenlərində müvafiq namizədlərin adları önünə işarə qoyub, vərəqələri seçki qutusuna atıblar. Daha sonra yığılan səslərin seçki komissiyasının üzvləri tərəfindən hesablanma mərhələsi keçirilib.
Sonda toplanan səs nəticəsində İctimai Şuraya üzv olacaq qalib namizədlərin adları müəyyənləşib və elan olunub. Seçilmiş üzvlərin adlarını təqdim edirik:
Ağayeva Məhsəti Musa qızı
Əsədov Tariyel Məmməd oğlu
İsmayılov Azər Rəsul oğlu
Qafarova Radə Telman qızı
Qarayev Vaqif Baba oğlu
Quliyeva Sevinc Şahverən qızı
Mamedov Samir Eldəniz oğlu
Orucov İman Eldar oğlu
Rəhimov Rəşad Akif oğlu

Ağcabədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın ilk iclası keçirildi

16 sentyabr 2021-ci il tarixdə Ağcabədi Rayon İcraHakimiyyəti yanında İctimai Şuranın üzvləri ilk iclaslarınıkeçirdilər. İclasda üzvlər  səsvermə yolu ilə  İctimai Şuraya sədr, sədr müavini və  katib seçiblər. Beləliklə, yeniyaradılan İctimai Şuraya   respublikanın fərqli bölgələrində müxtəlif vəzifələrdə, həmçinin uzun müddət  Azərbaycan Respublikasının  Maliyyə Nazirliyinin  Ağcabədi rayonuüzrə  Nəzarətçi –müfəttişi və Regional Maliyyə Müfəttişliyinin rəisi vəzifələrində çalışmış Qarayev Vaqif Baba oğlu sədr;

Ağcabədi rayon Ağsaqqallar Şurasının sədr müavini, uzunmüddət Ağcabədi Rayon İcra Hakimiyyətində çalışmış Əsədov Tariyel  Məmməd oğlu sədr müavini ;

“Dünya” Ana və Uşaqlar İctimai Birliyinin Ağcabədi Regional bölməsinin sədri Quliyeva Sevinc Şahverən qızı katib seçilmişdir.

Daha sonra, qarşıda duran məsələlər müzakirə olunmuşdur. Üzvlərə  İctimai şuranın gələcək fəaliyyəti barədə məlumat verilmişdir.

Qeyd edək ki, 21 avqust  2021-ci il tarixdə YAP Ağcabədirayon təşkilatının iclas zalında İctimai Şuranın Seçki Komissiyası tərəfindən Ağcabədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər keçirilmişdir.

Seçkinin yekunlarına əsasən, 22 nəfər namizəddən, birgəyığıncaqda iştirak edən təmsilçilərin ( seçicilərin) yarıdan çoxunun səsini toplayan  15 nəfər İctimai Şuranın tərkibini formalaşdırmışdır.

 

İctimai Şuranın yığıncağı keçirilib

Bu günlərdə Ağcabədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın iclası keçirilmişdir. Yığıncağın işində adıçəkilən qurumun üzvləri, media mənsubları iştirak etmişlər.

            Tədbiri Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq, İctimai Şura üzvlərini məsul vəzifəyə seçilmələri münasibəti ilə təbrik edib, onlara yeni fəaliyyətlərində uğurlar diləyib. Natiq Ağcabədi Rayon İcra Hakimiyyəti yanında İctimai şuranın qarşısında duran vəzifələrdən, qurumun ictimai nəzarət sahəsində, sosial məsələlərin həlli istiqamətində qurum tərəfindən görüləcək işlərdən ətraflı danışıb.

            Ağcabədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Vaqif Qarayev söz alaraq, rayon icra hakimiyyətnin başçısı Rafil Hüseynova verilən dəstəyə və qayğıya görə şura üzvləri adından təşəkkür və minnətdarlığını bildirib. O, qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkanların səfərbərliyə alınacağını qeyd edib.

 

 

İctimai Şura fəaliyyətini genişləndirir

  Son illər respublikamızda ictimai rəyin nəzərə alınması, dövlət idarəçiliyində və quruculuq işlərində onun rolundan səmərəli istifadə edilməsi istiqamətində önəmli addımlar atılır. Ölkədə ictimai iştirakçılıq və ictimai nəzarət mexanizminin yaradılması və inkişaf etdirilməsi sahəsində görülən tədbirlər bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş vətəndaşların idarəetmədə və qərarların qəbul edilməsində iştirak hüququnun təmin olunması ilə əlaqədar respublikamızda belə bir addımlar atılıb. Konstitusiyanın 55-ci maddəsində göstərildiyi kimi, Azərbaycan Respublikasının hər bir vətəndaşı dövlətin idarə olunmasında, iştirak etmək hüququna malikdir. Hər kəs birbaşa və ya öz nümayəndələri vasitəsi ilə bu hüququ reallaşdıra bilər. Mövcud qanunvericiliyə əsasən vətəndaşların idarəetməyə cəlb olunması bir sıra hüquqi mexanizm vasitəsi ilə həyata keçirilir. Onların sırasında İctimai Şura xüsusi yer tutur. İctimai Şura icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflıq, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədi ilə yaradılmış birlikdir. Qurum “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təsis olunub və ictimai əsaslarla fəaliyyət göstərir.

İctimai Şura mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi məqsədi ilə onlarla ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyəti təşkil edir. O, eyni zamanda qəbul olunmuş qərarların icrasında vətəndaşların qanuni maraqlarının nəzərə alınaraq yerinə yetirilməsinə xidmət edir.

Respublikamızın hər yerində olduğu kimi, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun və “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair “Əsasnamə”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinun qərarına uyğun olaraq Ağcabədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura təsis olunub.

Üzvlərin iştirakı ilə 16  sentyabr 2021-ci il tarixdə keçirilən səsvermədə rayon icra hakimiyyəti yanında İctimai Şuranın sədri, müavinləri və katibi seçilib. 4 oktyabr 2021-ci ildə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov İctimai Şura üzvlərini qəbul edib, onlara fəaliyyətlərində uğurlar diləyib.

Ağcabədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura fəaliyyətə başladığı dövrdən etibarən, qarşıda duran vəzifələr, onların icrası üçün hazırlanmış fəaliyyət planına uyğun olaraq, müvafiq işlər həyata keçirib. Şura üzvləri ötən dövr ərzində müxtəlif tədbirlərdə iştirak edib, rayon sakinlərinin müraciətlərinə və təkliflərinə baxılması və yerinə yetirilməsi üçün lazımi addımlar atıblar. Şuranın fəaliyyətinin səmərəli təşkil edilməsi məqsədi ilə zəruri məlumatların əldə olunması, iştirakçılıq tələb edən məsələlər üzrə məsləhətlərin aparılması daim diqqət mərkəzində saxlanılıb. Rayon əhalisinin ictimai nəzarətə cəlb edilməsi başlıca vəzifə hesab olunub. Bununla əlaqədar olaraq, rayonun ayrı-ayrı inzibati ərazi vahidlərində əhali ilə görüşlər keçirilib, İctimai Şuranın vəzifələri və fəaliyyəti istiqamətində geniş məlumatlar verilib. Bunlarla yanaşı, ictimai rəyi öyrənmək məqsədi ilə sakinlər arasında müvafiq sorğular aparılıb.

İctimai Şura cari 2022-ci ildə də geniş tədbirlər həyata keçirməyi planlaşdırıb. Vətəndaşların rəylərinin öyrənilməsi, onların rayon icra hakimiyyətinin fəaliyyətinə cəlb edilməsi üçün hərtərəfli tədbirlər nəzərdə tutulub. Ağcabədi Rayon İcra Hakimiyyətinin yanında fəaliyyətində aşkarlığın, şəffaflığın, dürüstlüyün və ədalətin bərqərar olunması üçün bütün imkanlardan istifadə olunacaq. Korrupsiya və rüşvət hallarının qarşısının alınmasında da ictimaiyyətin rolundan yararlanmaq üçün zəruri tədbirlər görüləcək. Tərəflər arasında qaşılıqlı hörmətin, əlaqələrin təmin olunmasına da xüsusi diqqət ayrılacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət işlərinin idarə olunmasında, qərarların qəbul edilməsində və icrasında ictimaiyyətin fikirlərinin roluna xüsusi önəm verir. Bütün işlərdə ictimai nəzarətin geniş tətbiq olunmasının zəruriliyini qeyd edən dövlət başçısı bu sahədə İctimai Şuraların xidmətlərini yüksək dəyərləndirir. Cənab Prezident bütün görüşlərində, müsahibələrində, çıxışlarında ictimai rəyin öyrənilməsinə və onun təmin olunmasına tələbkarlıqla yanaşır, qarşıya mühüm vəzifələr qoyur.

Ağcabədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura bundan sonra fəaliyyətini daha da genişləndirəcək, qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün imkanları səfərbərliyə alacaq.

 

 

 

İctimai Şuranın növbəti iclası keçirilib

Martın 29-da Ağcabədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti yığıncağı keçirilib. Şura üzvləri, media mənsublarının iştirak etdiyi yığıncaqda İctimai Şuranın Əsasnaməsinin  təsdiq edilməsi, İctimai Şuranın etik-davranış kodeksinin təsdiq edilməsi,İctimai Şura üzvlərinə vəsiqələrin təqdim olunması, Şura üzvü, Vətən müharibəsi qazisi Bayramlı Niyaz Knyaz oğlunun Ağcabədi Rayon İcra Hakimiyyətində işlə təmin olunması ilə əlaqədar İctimai Şura üzvlüyündən azad edilməsi, 2022-ci il fəaliyyət planının təsdiq olunması haqqında məsələlər müzakirə olunub.

Gündəlikdə duran məsələlərlə əlaqədar Ağcabədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Vaqif Qarayev ətraflı məlumat verib.

Əvvəlcə açıq səsvermə yolu ilə İctimai Şuranın Əsasnaməsi təsdiq olunub. İctimai Şura üzvləri Ramil Nağıyev, Rəşad Rəhimov, Sevinc Quliyeva, Mais İbrahimov, Taryel Əsədov çıxış edərək, gündəlikdə duran məsələlərlə əlaqədar təklif və mülahizələrini bildirib, həmin məslələrlə əlaqədar çıxarılan qərarların təsdiq olunmasına yekdilliklə tərəfdar olduqlarını qeyd ediblər.

 

 

 

RİH yanında İctimai Şura və “Aran” qəzetinin rəhbərləri tələbələrlə görüşüb

Ağcabədi rayon İcra Hakimiyyəti yanında İctimai Şura və  “Aran” qəzetinin birgə təşkilatçılığı ilə Ağcabədi Pedaqoji Kollecinin tələbələri ilə görüş keçirilib.

    Kollecin direktoru Mirələm İbrahimov tədbiri giriş sözü ilə açıb. O, qonaqları salamlayıb və  görüşün mahiyyəti haqqında tələbələrə məlumat verib.

   Sonra  RİH yanında İctimai Şuranın sədri Vaqif Qarayev çıxış edərək İctimai Şura, onun öhdəsinə düşən vəzifələr haqqında ümumi məlumatı diqqətə çatdırıb və onu da bildirib ki, şura üzvləri tərəfindən müxtəlif kateqoriyadan olan insanlarla görüşlər keçirilir, onların sosial vəziyyəti öyrənilir, bunun həlli üçün aidiyyəti qurumlara müraciətlər olunur. Bugünkü görüş isə məhz gənclərlə nəzərdə tutulub. Odur ki, bu görüşdə məqsəd həm şuranın fəaliyyəti ilə tələbələri tanış etmək, həm də onların ictimai iştirakçılığına şərait yaratmaq,  gələcəkdə də əlaqələri davam etdirməkdir.

    Sonra “Aran” qəzetinin redaktoru, İctimai Şuranın üzvü Məhsəti Musa çıxış edib. O, “Aran” qəzetinin fəaliyyəti ilə bağlı gənclərə məlumat verib. Qeyd olunub ki, əvvəllər ayda bir dəfə, 400-500 nüsxə tirajla çıxan qəzet indi  həftədə 2 dəfə 3000 nüsxə tirajla çap olunur. Qəzetin saytı, sosial şəbəkə hesabları var. Həmçinin qəzetin nəzdində  Aran Ağcabədi adlı internet televiziyası fəaliyyət göstərir. O, gəncləri qəzetlə əməkdaşlıq etməyə, öz yaradıcılıq nümunələrini, uğurlarını bölüşməyə dəvət edib. Həmçinin İctimai Şuranın tədbirlərində iştirak etməyə,  ictimai həyatda fəal olmağa çağırıb.

     Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb

 

Keçidlər