Şriftin ölçüsü :

Saytın rəngi :

Şuranın üzvləri

Ağcabədi Rayon İcra Hakimiyyəti

yanında İctimai Şuranın

Tərkibi:

 Şuranın sədri:

  Qarayev Vaqif Baba oğlu – 1955-ci il təvəllüdlü, Ağcabədi şəhər sakinidir. Ali təhsillidir, ixtisasca iqtisadçıdır.

            1978-ci ildən 2021-ci ilədək respublikanın fərqi bölgələrində ixtisasına uyğun müxtəlif vəzifələrdə çalışmışdır. 1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

            Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Ağcabədi Rayon Komitəsi tərəfindən namizədliyi irəli sürülmüş, seçkinin nəticəsinə əsasən Şura üzvü və Şuranın ilk iclasında Şura üzvlərinin səsverməsi ilə Şuranın sədri seçilmişdir.

İctimai Şuranın sədri Qarayev Vaqif Baba oğlunun əlaqə məlumatları:

Telefon: +994 50 318 23 10
+994 21 275 43 17
Elektron poçt: agcabedi.shura@mail.ru

Şuranın sədr müavini

  Əsədov Tariyel Məmməd oğlu – 1952-ci il təvəllüdlü Ağcabədi şəhər sakini. Ali təhsilli, iqtisadçıdır.

1976-cı ildən 2021-ci ilədək ixtisasına uyğun müxtəlif vəzifələrdə, o cümlədən idarəetmə sistemində çalışmışdır. 1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ağcabədi rayon Ağsaqqallar Şurası tərəfindən namizədliyi irəli sürülmüş, seçkinin nəticəsinə əsasən Şura üzvü və Şuranın ilk iclasında Şura üzvlərinin səsverməsi ilə Şuranın sədr müavini seçilmişdir.

Şuranın katibi

            Quliyeva Sevinc Şahverən qızı – 1970-ci il təvəllüdlü, Ağcabədi şəhər sakinidir. 1988-ci ildən əmək fəaliyyətinə başlamış, 2020-ci ildən “Dünya, Ana və Uşaqlar” İctimai Birliyinin Ağcabədi rayonu Regional üzrə sədri vəzifəsinə təyin olunmuşdur və hal-hazırda həmin vəzifədə çalışır.

“Dünya, Ana və Uşaqlar” İctimai Birliyi tərəfindən namizədliyi irəli sürülmüş, seçkinin nəticəsinə əsasən Şura üzvü və Şuranın ilk iclasında Şura üzvlərinin səsverməsi ilə Şuranın katibi seçilmişdir.

Şura üzvü

Ağayeva Məhsəti Musa qızı – 1984-cü il təvəllüdlü Ağcabədi şəhər sakini. Ali təhsillidir. Bakı Dövlət Universitetini bitirib.

2005-ci ildən Ağcabədi Rayon Mərkəzi Kitabxana Sistemində filial müdiri kimi əmək fəaliyyətinə başlamış, 2012-ci ildən – 2020-ci ilədək Ağcabədi Rayon Heydər Əliyev Mərkəzində elmi işçi, baş fond mühafizi, direktor vəzifələrində işləmiş, sentyabr 2020-ci ildən hal-hazıradək “Aran” qəzetində redaktor vəzifəsində çalışır.

2007-ci ildə Yeni Azərbaycan Partiyasının üzvüdür, “Aran” qəzeti redaksiyası tərəfindən namizədliyi irəli sürülmüş, seçkinin nəticəsinə əsasən Şura üzvü seçilmişdir.

 

Şura üzvü

Qafarova Radə Telman qızı – 1979-cu il təvəllüdlü Ağcabədi rayon Hacıbədəlli kənd sakinidir. Ali təhsillidir.

2002-ci ildən əmək fəaliyyətinə başlamış, müxtəlif sahələrdə çalışmış, 2009-cu ildən Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyinin Qarabağ Regional Ofisinin rəhbəridir.

Gənclər Üçün Təhsil Mərkəzi İB-nın Qarabağ Regional Ofisi tərəfindən namizədliyi irəli sürülmüş, seçkinin nəticəsinə əsasən Şura üzvü seçilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Şura üzvü

Rəhimov Rəşad Akif oğlu – 1980-ci il təvəllüdlü Ağcabədi rayon Hindarx qəsəbə sakinidir. Ali təhsillidir.

Ali təhsilini bitirdiyi ildən hal-hazıradək pedaqoji fəaliyyətini davam etdirir. Qəhrəman şəhid Ömər Rəhimlinin atasıdır. “Şəhid Ailələri, Əlillər, Müharibə vetarnlarının müdafiəsi” İctimai Birliyi tərəfindən namizədliyi irəli sürülmüş, seçkinin nəticəsinə əsasən Şura üzvü seçilmişdir.

Şura üzvü

Nağıyev Ramil Bəbir oğlu – 1976-cı il təvəllüdlü, Ağcabədi şəhər sakinidir. 2008-ci ildən etibarən Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatında işləmişdir.

2011-ci ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Birinci qrup Qarabağ müharibəsi əlilidir. “Qarabağ müharibəsi əlillərin və şəhid ailələri” İctimai Birliyi tərəfindən namizədliyi irəli sürülmüş, seçkinin nəticəsinə əsasən Şura üzvü seçilmişdir.

2007-ci ildən YAP–ın  üzvüdür.

Şura üzvü

Bədəlov Xəyyam Əli oğlu – 1972-ci il təvəllüdlü, Ağcabədi şəhər sakinidir. Ali təhsillidir.

Müxtəlif təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan Dövlət pedaqoji Universitetinin Həmkarlar Təşkilatı tərəfindən namizədliyi irəli sürülmüş, seçkinin nəticəsinə əsasən Şura üzvü seçilmişdir.

 

 

Şura üzvü

İbrahimov Mais Həmid oğlu – 1958-ci il təvəllüdlü, Ağcabədi rayon Hacıbədəlli kənd sakinidir.

“Az.PRESS.az” informasiya Agentliyinin bölgə müxbiridir.

Həmin agentlik tərəfindən namizədliyi irəli sürülmüş, seçkinin nəticəsinə əsasən Şura üzvü seçilmişdir.

 

Şura üzvü

Orucov İman Eldar oğlu – 1975-ci il təvəllüdlü, Ağcabədi rayon Təzəkənd kənd sakini. Ali təhsillidir.

2002-ci ildən hal-hazıra kimi pedaqoji fəaliyyətlə məşğuldur.

Ağcabədi Pedaqoji Kollecinin həmkarlar təşkilatı tərəfindən namizədliyi irəli sürülmüş, seçkinin nəticəsinə əsasən Şura üzvü seçilmişdir.

Şura üzvü

Orucov Nəriman Mürvət oğlu – 1993-cü il təvəllüdlü, Ağcabədi şəhər sakinidir. Ali təhsillidir. 2018-ci ildən hal-hazıra kimi Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatında çalışır.

YAP Ağcabədi rayon təşkilatı tərəfindən  namizədliyi irəli sürülmüş, seçkinin nəticəsinə əsasən Şura üzvü seçilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

Şura üzvü

Hacıyev Təyyar Zakir oğlu – 1976-cı il təvəllüdlü, Ağcabədi şəhər sakinidir. Ali təhsillidir.

2001-ci ildən müxtəlif sahələrdə əmək fəaliyyəti göstərmiş hal-hazırda Elm və Təhsil Nazirliyinin Qarabağ Regional İdarəsinin Ağcabədi sektorunda çalışır. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi tərəfindən namizədliyi irəli sürülmüş, seçkinin nəticəsinə əsasən Şura üzvü seçilmişdir.

 

Keçidlər