Turizm
Muzeylər
AĞCABƏDİ RAYON TARİX-DİYARŞÜNASLIQ MUZEYİ
Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Ağcabədi rayonunun ərazisi arxeoloji və memarlıq abidələri, kurqanlarla zəngindir. Rayon ərazisindən aşkar edilən arxeoloji tapıntılar, qədim əmək alətləri və əşyalar Ağcabədi rayon Tarix Diyarşünaslıq Muzeyində mühafizə və təbliğ edilir. Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyi 1980- ci ildən fəaliyətə başlamışdır. Muzeyin ümumi sahəsi 1830 m2 , Binanın sahəsi 700m2. Muzey 8 ekspozisiya otağı, 4 iş otağı, 2 fond otağı və 1 zaldan ibarətdir. Hazırda muzeydə 5000-ə yaxın (4835) eksponat qorunur. Burada hər bir otaq ayrı-ayrı tarixi dövrləri əks etdirir. Muzeydə olan eksponatlar əsasən bölmələr üzrə qruplaşdırılıb. Muzeyin birinci bölməsi olan təbiət bölməsi olduqca rəngarəng və maraqlıdır. Bölmənin heyvan və quşlara aid hissəsi rayonun ərazisində olan “Ağ göl Milli Parkından”gətirilib. Qədim dövür bölməsində əsasən arxeloji tapıntılar nümayiş etdirilir. Muzeyin ən nadir eksponatı küp qəbirdir. Muzeyimizdə məişətdə işlədilən əşyalar, geyim və bəzək formaları, tariximizi əks etdrən metal, mis saxsı qablar qorunub saxlanılır. Habelə muzeyimizdə Böyük Vətən müharibəsi iştirakçılarının, Qarabağ uğrunda döyüşlərdə iştirak edən Milli qəhrəmanlarımızın və şəhidlərimizin şəxsi əşyaları qorunub saxlanılmaqdadır. . Muzeyin ən qədim eksponatları isə ötən yay arxeoloqlarının rayon ərazisində qazıntı işləri zamanı aşkarladıqları məişət əşyalarıdır. Respublikamızın bölgələrində yeni yaradılan və ya əsaslı şəkildə yenidənqurmadan sonra istifadəyə verilən Tarix-Diyarşünaslıq muzeyləri tarixi keçmişimizə həssas münasibəti əks etdirir. Bu, dövlət siyasətinin tərkib hissəsidir. Tarixi abidələrin, müqəddəs məkanların bərpası, yeni muzeylərin, mədəniyyət mərkəzlərinin tikilməsi milli mənəvi dəyərlərimizə hörmət və ehtiramın təzahürüdür. Təqdirəlayiq haldır ki, bu proses ölkəmizin bütün regionlarını əhatə edir. Prezident İlham Əliyev qədim və zəngin mədəniyyət abidələrimizin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyan Tarix-Diyarşünaslıq muzeylərinin yaradılmasına xüsusi diqqət yetirir. Bu, bir daha Azərbaycan dövlətinin milli mənəvi dəyərlərimizə sadiqliyini əyani şəkildə nümayiş etdirir. Ağcabədidəki Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı şəkildə yenidən qurulması da bu həqiqəti təsdiq edən amillərdən biridir.
Azərbaycan Respublikasının prezidentinin “ Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 6 mart 2007- ci il tarixli 2013 nömrəli Sərəncamının 2- ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanlarının təkilifləri nəzərə alınmaqla Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 22 may 2009 – cu il tarixli 292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “ Azərbycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı” nın icrası ilə bağlı əhəmiyyətli işlər görülmüşdür. Tarix- Diyarşünaslıq muzeyi 14 aprel 2014cü il tarixində əsaslı təmirə dayandırılmışdır. Muzey əsaslı surətdə yenidən qurularaq 2017-ci il noyabrın 28-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti muzeydə yaradılan şəraitlə tanış olub.
İkimərtəbəli binanın birinci mərtəbəsi fond otaqları, dəftərxana, 60 yerlik konfrans zalı və digər inzibati otaqlardan ibarətdir. İkinci mərtəbədə isə ekspozisiya zalları yerləşir. Ekspozisiya zallarında “Təbiət”, “Arxeologiya”, “Etnoqrafiya”, “Azərbaycan SSR dövrü”, “Azərbaycan müstəqillik dövrü” və “Görkəmli şəxsiyyətlər” adlı altı bölmə var.
Hazırda muzeydə xalqımızın tarixini, mədəniyyətini, etnoqrafiyasını, məişətini, adət ənənəsini əks etdirən 360 eksponat nümayiş etdirilir. Əsasən rayon ərazisindən tapılmış və bəziləri bərpa olunmuş sənətkarlıq nümunələri, döyüş ləvazimatlarının qalıqları, milli adət-ənənələrimizi əks etdirən ekspozisiyalar qədim keçmişimiz və mədəniyyətimiz barədə dolğun təsəvvür yaradır. Bütövlükdə şanlı tariximizin gənclərə dərindən öyrədilməsi və gələcək nəsillərə çatdırılması baxımından muzeyin müstəsna əhəmiyyəti var.
Arxeoloji tədqiqatlar zamanı rayon ərazisindən tapılan maddi mədəniyyət nümunələri və sakinlərin təhvil verdikləri əşyalar hesabına muzeyin ekspozisiyası getdikcə zənginləşir. Təkcə bu il muzeyə əsasən saxsı qablar, daş alətlər, bəzək əşyaları olmaqla 60 eksponat təhvil verilib.
Muzey rayon sakinlərinin, xüsusən də məktəblilərin, ali və orta ixtisas məktəblərinin tələbələrinin, ərazidəki hərbi hissənin əsgər və zabitlərinin, eləcə də Ağcabədinin qonaqlarının ən çox ziyarət etdikləri məkanlardandır. Cari ilin əvvəlindən ayrı-arı idarə və müəssisələrin kollektivləri də olmaqla, muzeyi 12 min nəfər ziyarət edib.
Muzeydə yaradılan “Təbiət”, “Arxeologiya" bölmələri, rayon sakinlərinin həyat tərzini, məşğuliyyətini və məişətini əks etdirən eksponatlar, qədim dövrdə istifadə olunan məişət əşyaları və əmək alətləri ziyarətçilərin böyük marağına səbəb olur. Ziyarətçilər muzeydə “Quşlar cənnəti – Ağgöl Milli Parkı” adlı sənədli filmini də maraqla izləyirlər.
Muzeydə həmçinin mütəmadi olaraq müxtəlif sosial və yaş təbəqələri, məktəblilər üçün tədbirlər və mühazirələr təşkil olunur