Şriftin ölçüsü :

Saytın rəngi :

Fərman və Sərəncamlar

AZƏRBAYCAN  RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI

 


R.İ.Hüseynovun  Ağcabədi  rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında

     Rafil İsrafil oğlu Hüseynov   Ağcabədi  rayonu  İcra hakimiyyətinin başçısı təyin edilsin .

 

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

20 Noyabr 2019- cu il
 

 

 

 

“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
  2. “Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı” təsdiq edilsin.
  3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. üç ay müddətində yerli icra hakimiyyəti orqanları tərəfindən inzibati ərazi vahidi ərazisində fəaliyyət göstərən hüquqi şəxslər barədə məlumat bazasının formalaşdırılması və yeniləşdirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

3.5. üç ay müddətində yerli icra hakimiyyəti orqanları tərəfindən inzibati ərazi vahidi ərazisində yerləşən daşınmaz əmlak obyektləri barədə məlumat bazasının formalaşdırılması və yeniləşdirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

3.6. üç ay müddətində yerli icra hakimiyyəti orqanları tərəfindən inzibati ərazi vahidi ərazisində yerləşən daşınmaz əmlak obyektlərinin ünvanları barədə məlumat bazasının formalaşdırılması və yeniləşdirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

3.7. iki ay müddətində yerli icra hakimiyyətlərinin fəaliyyətinin bu Fərmanın 2-ci bəndi ilə təsdiq edilmiş “Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı”na uyğun olaraq təmin edilməsi üçün zəruri maliyyə vəsaiti ayrılmasını təmin etsin.

3.8. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

  1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
  2. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin təsdiq edilməsi barəsində” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 6, maddə 345, № 9, maddə 542; 2001, № 7, maddə 456, № 9, maddə 593; 2002, № 7, maddə 412, № 8, maddə 480; 2003, № 6, maddə 290, № 10, maddə 585; 2004, № 1, maddə 19, № 7, maddə 537; 2005, № 2, maddə 69, № 7, maddə 597; 2006, № 2, maddə 84, № 9, maddələr 734, 743, № 11, maddə 940, № 12, maddə 1049; 2007, № 2, maddə 97, № 8, maddə 769, № 11, maddə 1105; 2008, № 5, maddə 373, № 6, maddə 498, № 8, maddələr 715, 719; 2009, № 2, maddə 64; 2010, № 8, maddə 724; 2011, № 2, maddə 85; 2012, № 2, maddə 73) 1-ci və 2-ci hissələri ləğv edilsin.

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 iyun 2012-ci il

 

 

Azərbaycan Respublikası Prezidentinin Ağcabədi rayonunun

sosial-iqtisadi inkişafının sürütlədirilməsi ilə bağlı

SƏRƏNCAMLARI

 

 

 

 

 

 

Bərdə, Ağcabədi rayonları ərazisində çadır düşərgələrində və Bərdə rayonu ərazisində dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti yerləşdirilmiş Ağdam rayonundan olan 3674 məcburi köçkün ailəsi üçün həmin rayonun ərazisində, Kəlbəcər rayonundan olan 149 məcburi köçkün ailəsi üçün Goranboy rayonunun Aşağı və Yuxarı Ağcakənd qəsəbələrinin ərazisində, Laçın rayonundan olan 37 məcburi köçkün ailəsi üçün isə Ağcabədi rayonu ərazisindəki Laçın qış yataqlarında elektrik enerjisi, su təchizatı, təhsil, səhiyyə və digər zəruri sosial-texniki infrastrukturu olan yeni qəsəbələr salınsın.

 

Azərbaycan Respublikasının Prezidenti

4 fevral 2004-cü il

  

Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Ağcabədi Rayon İcra Hakimiyyətinə 2,0 milyon (iki milyon) manat məbləğində vəsait ayrılsın.

 

 Azərbaycan Respublikasının Prezidenti

22 yanvar 2008-ci il

 

 

Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Ağcabədi, Beyləqan, İmişli və Saatlı rayonlarında yeni xəstəxanaların tikintisi və təmiri məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə 5,0 milyon (beş milyon) manat məbləğində vəsait ayrılsın.

 

 Azərbaycan Respublikasının Prezidenti

30 mart 2010-cu il

 

 

 

Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Ağcabədi-Qaradolaq-Kəbirli, İmişli-Qaravəlli-Mirili, Saatlı-Musalı-Məzrəli və Həzrə-Zuxul avtomobil yollarının yenidənqurulması məqsədi ilə Ağcabədi, İmişli, Saatlı, və Qusar rayon icra hakimiyyətlərinin hər birinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat məbləğində vəsait ayrılsın.

 

 Azərbaycan Respublikasının Prezidenti

21 oktyabr 2010-cu il

 

 

Sabirabad, Saatlı, İmişli, Ağcabədi və Zərdab rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan həmin rayonların icra hakimiyyətlərinin hər birinə 2,0 (iki) milyon manat vəsait ayrılsın.

 

 Azərbaycan Respublikasının Prezidenti

11 may 2011-ci il

 

 

Abşeron və Ağcabədi rayonlarında Olimpiya idman komplekslərinin tikintisinə başlamaq üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat (hər kompleks üçün 1,0 milyon manat) vəsait ayrılsın.

 

 Azərbaycan Respublikasının Prezidenti

 

 27 may 2011-ci il

 

 

Ağcabədi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Ağcabədi Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

 

 Azərbaycan Respublikasının Prezidenti

 02 sentyabr 2013-cü il

 

İyirmi üç min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 5,0 (beş) milyon manatı Ağcabədi Rayon İcra Hakimiyyətinə ayrılsın.

 

 Azərbaycan Respublikasının Prezidenti

 

 02 sentyabr 2013-cü il

 

 

Üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

 Azərbaycan Respublikasının Prezidenti

, 15 iyun 2015-ci il

 

 

 

İyirmi üç min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,7 milyon (iki milyon yeddi yüz min) manatı Ağcabədi Rayon İcra Hakimiyyətinə ayrılsın.

 

 Azərbaycan Respublikasının Prezidenti

 25 avqust 2015-ci il

 

 

Ağcabədi şəhərində 25 çoxmənzilli binanın əsaslı təmirinə başlanılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağcabədi Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat, o cümlədən 25 çoxmənzilli binanın əsaslı təmiri üçün 2,0 (iki) milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1,0 (bir) milyon manat ayrılsın.

 

 Azərbaycan Respublikasının Prezidenti

 29 noyabr 2017-ci il

 

 

Ağcabədi rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.4-cü yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılsın.

 

 Azərbaycan Respublikasının Prezidenti

 04 aprel 2018-ci il

 

 

Səkkiz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hacıbədəlli–Pərioğlular–Təzəkənd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,0 (səkkiz) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

 

 Azərbaycan Respublikasının Prezidenti

 02 may 2018-ci il

 

 

İki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Ucar–Zərdab–Ağcabədi (21 km)–Birinci Alıcanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,6 milyon (dörd milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

 

 Azərbaycan Respublikasının Prezidenti

 29 iyun 2018-ci il

 

 

Ağcabədi rayonunun Salmanbəyli kəndində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılsın.

 

 Azərbaycan Respublikasının Prezidenti

 12 oktyabr 2018-ci il

 

 

Beş min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Boyat–Biləyən–Hacılar–Qaraxanlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,6 milyon (yeddi milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

 

 Azərbaycan Respublikasının Prezidenti

 25 iyul 2019-cu il

 

 

Respublikanın yaşayış məntəqələrində əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması (Ağcabədi rayonu 12 ədəd, Goranboy rayonu 55 ədəd) məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 115; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 aprel tarixli 1137 nömrəli, 23 aprel tarixli 1142 nömrəli, 18 iyun tarixli 1267 nömrəli, 27 iyun tarixli 1297 nömrəli, 1 iyul tarixli 1310 nömrəli, 3 iyul tarixli 1313 nömrəli sərəncamları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin ilkin olaraq 1 960 000 (bir milyon doqquz yüz altmış min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

 

 Azərbaycan Respublikasının Prezidenti

 31 iyul 2019-cu il

 

 

Ağcabədi rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.25.1-ci yarımbəndində göstərilmiş məbləğin 19 430 000 (on doqquz milyon dörd yüz otuz min) manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılsın.

 

 Azərbaycan Respublikasının Prezidenti

 08 noyabr 2019-cu il

 

 

Ağcabədi rayonunun əhalisi 83682 nəfər olan 20 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 30 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün nəzərdə tutulmuş vəsaitin 2,1 milyon (iki milyon bir yüz min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

 

 Azərbaycan Respublikasının Prezidenti

 07 yanvar 2020-ci il

 

 

Ağcabədi rayonunun Sarıcalı kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.

 

 Azərbaycan Respublikasının Prezidenti

 04 iyun 2020-ci il

 

 

On dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhramtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

 

 Azərbaycan Respublikasının Prezidenti

 04 iyun 2020-ci il

 

Dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Ucar–Zərdab–Ağcabədi (32 km)–Gəlmə–Əlibəyli–Allahqulubağı avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 3,1 milyon (üç milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

 

 Azərbaycan Respublikasının Prezidenti

 05 iyun 2020-ci il

 

 

On dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.9-cu yarımbəndində göstərilmiş 13,6 milyon (on üç milyon altı yüz min) manat Azərbaycan      Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

 

 Azərbaycan Respublikasının Prezidenti 

 07 aprel 2021-ci il

 

Ağcabədi və Bərdə rayonlarının əhalisi 37061 nəfər olan 18 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon (bir milyon dörd yüz min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

 

 Azərbaycan Respublikasının Prezidenti

 04 iyun 2021-ci il

 

 

 

 

Keçidlər