Şriftin ölçüsü :

Saytın rəngi :

IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin növbəti ünvanı: Ağcabədi rayonu

17 aprel 2017 | 11:00

Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Sabirabaddan sonra növbəti ünvanı aprelin 15-də Aran Qarabağın son illərdə sürətlə inkişaf edən və gözəlləşən diyarı - Ağcabədi oldu.
Su səyahətinə Ağcabədi rayonunda Ağgöl Milli Parkından start verildi. Ağgöl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi, köçəri və yerli quşların, o cümlədən digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Göl UNECCO-nun himayəsi ilə Ramsar Konvensiyası əsasında beynəlxalq əhəmiyyətli məkan kimi qorunur.
Karate üzrə 2-ci dan qara kəmər sahibi, Azərbaycanın Əməkdar Məşqçisi Eldəniz Qəmbərov, karate üzrə dünya çempionatının gümüş və bürünc mükafatçısı Adəm Məmmədov və Ağcabədi şəhər 3 nömrəli məktəb-liseyin şagirdi Fatimə Şirinova Ağgöl Milli Parkında “Bakı-2017”in misdən hazırlanmış səhəngini su ilə doldurub şəhərdəki Heydər Əliyev Meydanında keçiriləcək “Su festivalı”na yola düşdülər.

Keçidlər