Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin “Şəhidlər Xiyabanın”na ziyarətləri haqqında məlumat.

19 yanvar 2017 | 11:00

Ağcabədi şəhər 1 saylı tam orta məktəbin şagirdləri  9 yanvar 2017-ci il tarixdə  Şəhidlər Xiyabanını ziyarət etdilər.Ziyarətdə məktəbin direktoru Səadət Kazımova ,Uşaq Birliyinin Rəhbəri Baxışova Müşviqə  və VII  siniflərdən 25 nəfər şagird iştirak edirdi.Məktəbin direktoru  20 yanvar  faciəsi ilə bağlı məlumat verdi.Sonra şagirdlər  20 yanvar  Şəhidlərinə  həsr edilmiş şeirlər,bayatılar söyləyərək şəhidləri yad etdilər. xiyabanı ziyarət edərək “ 20 yanvar şəhidlərinin “ abidəsinə  qərənfillər qoydular.Sonra  məşəl  ətrafında düzülərək  Şəhidlərin ruhu qarşısında baş əyib vətənin azadlığı və bütövlüyü uğrunda mübariz olacaqlarına  söz verdilər.Azadlıq uğrunda həlak olanların   qəbirlərinə gül dəstələri qoyulmaqla  ziyarət başa çatdı.

Keçidlər