Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin Anım günü ilə əlaqədar “Əbədiyaşar” adlı müsabiqə keçirilib

30 noyabr 2021 | 11:00

30 noyabr 2021-ci il tarixdə pandemiya qaydaları gözlənilməklə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 12 Dekabr – Ulu Öndər Heydər Əliyevin Anım günü ilə əlaqədar ümumtəhsil məktəblərinin “Gənc Heydərçiləri” arasında müsabiqə keçirildi.

İlk öncə Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva şagirdləri salamlayaraq müsabiqənin şərtləri haqqında ətraflı məlumat verdi, daha sonra Ümumilli Liderin Azərbaycanın ağır günlərində xalqı üçün göstərdiyi əvəzsiz xidmətlərindən, həyat yolu, çoxşaxəli fəaliyyəti barədə məlumat verdi. Ulu öndərin Azərbaycan tarixində misilsiz rol oynadığını vurğulayan Rövşanə Əliyeva bildirib ki, müstəqilliyimizin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərpası məhz Heydər Əliyevin adı ilə bağlıdır və biz müstəqilliyimizin ən parlaq səhifələrində Heydər Əliyevin imzasını görürük.

Ümumilikdə 40-a yaxın şagirdin iştirak etdiyi müsabiqədə hər bir komandaya Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı 18 test sualı təqdim olunub. Qeyd edək ki, komandaların mükafatlandırılması mərasimi 03 dekabr 2021-ci il tarixində Ağcabədi rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.

Keçidlər