Şriftin ölçüsü :

Saytın rəngi :

E L A N !

19 oktyabr 2021 | 11:00

Ağcabədi rayon Heydər Əliyev Mərkəzi 27 sentyabr - 08 noyabr tarixlərində Vətən müharibəsinin birinci il dönümünün qeyd olunması ilə əlaqədar xüsusi karantin qaydalarına əməl etməklə Azərbaycan Dövlət Pedoqoji Universitetinin və Ağcabədi Pedoqoji Kollecinin tələbələri arasında mövzunu əhatə edən bədii yazı-inşa müsabiqəsi elan edir

Müsabiqənin keçirilməsində məqsəd gənclərin 44 günlük Haqq savaşımızda rəşadətli Azərbaycan ordusunun uğurlu döyüş əməliyyatlarında göstərdiyi misilsiz qəhrəmanlıqları, habelə işğaldan azad olunmuş bölgələrimizin tarixi və coğrafiyasına, tanınmış şəxsiyyətlərinə, yerli və ölkə əhəmiyyətli tarixi və mədəniyyət abidələrinə (təpə və kurqanlar, qalalar, türbələr, körpülər, qoruqlar və s.) necə bələd olmaqları, eyni zamanda gənclərin bədii yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasıdır.

Müsabiqə 01 noyabr 2021-ci il tarixdə saat 10:00-da Ağcabədi rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.Qaliblər I, II və III yer olmaqla münsiflər heyəti tərəfindən seçilərək Mərkəzin xüsusi diplomları ilə təltif ediləcəklər.

Keçidlər