Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Vətən müharibəsi şəhidlərinin il mərasimi keçirilib

15 oktyabr 2021 | 11:00

12 oktyabr 2020-ci il tarixdə Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış Ağcabədi rayon Minəxorlu kəndindən Məkan Qəhrəmanov və Sarıcalı kəndindən Ceyhun Mustafazadənin il mərasimləri keçirilib.

Məkan Qəhrəmanov Füzuli uğrunda gedən döyüşlərdə şəhadətə qovuşub. Ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Ceyhun Mustafazadənin valideynləri əslən Xocalıdandırlar. Ailə köçkünlük zamanı Sarıcalı kəndində məskunlaşmış olduqlarından Ceyhun da 1997-ci ildə burada dünyaya göz açıb, böyüyüb, boya-başa çatıb. Ötən ilin 27 sentyabrnda başlanan Vətən müharibəsinin fəal iştirakçısı olan Ceyhun 12 oktyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində gedən qızğın döyüşdə həlak olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” , “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidlərin il mərasiminin iştirakçıları məzarlarını ziyarət edib, üzərinə tər çiçək dəstələri düzüblər.Onların əziz xatirələri yad edilib, ruhlarına dualar oxunub.

Keçidlər