Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidin doğum günü qeyd olunmuşdur

07 oktyabr 2021 | 11:00

Hüseynov Ceyhun Möhübbət oğlu 1991-ci il 5-i oktyabrda Ağcabədinin Arazbar kəndində dünyaya gəlib. 1998-ci ildə Arazbar kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2008-ci ildə sözügedən məktəbi uğurla başa vurub. 2009-cu ilin oktyabr ayından 2010-cu ilin aprel ayına qədər ordu sıralarında həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən Azərbaycan Ordusunun sıralarında MAXE kimi xidmət etməyə başlkayıb. 2015-ci ilin Aprel döyüşlərinin fəal iştirakşısı olan Ceyhun savaşda fərqlənib, xeyli düşmən məhv edib.  27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində qorxmaz, igid, vətənpərvər Ceyhun Ağdam, Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Minaatan Ceyhun xeyli sayda düşmən məhv edib. Öz cəsurluğu ilə fərqlənib.

Uşaqlıqdan hərb sənətinə böyük həvəs göstərən Ceyhun çox Vətən, torpaq sevgili idi. Onun komandiri olmuş kapitan Elvin Abdullayev deyir ki, Ceyhun döyüş zamanı həmişə lap ön cəbhəyə, ancaq irəliyə can atırdı. O, əsgərlərimizə canlı bir örnək idi. Biz həmişə başqa əsgərləri Ceyhuna oxşamağa səsləyirdik. Çox savadlı və igid olan Ceyhun əsl vətənpərvər əsgər idi. O, öz amalına sadiq qaldı. Nərgiztəpə uğrunda gedən qızğın döyüşlərdə də bir addım belə geriyə çəkilmədi. Yalnız irəliyə, düşmən üzərinə can atdı. Torpaqlarımızı azad etmək üçün xeyli sayda düşmən məhv etdi. Və 16 oktyabr 2020-ci il tarixdə qəhrəmancasına həlak oldu. Şəhidlik zirvəsinə ucaldı. Mən döyüş yoldaşım, igid əsgər Ceyhunun cənnətdə ilk doğum gününü təbrik edirəm. Qəbri nurla dolsun, Allah onun anasına, doğmalarına səbr versin.

Bir qardaş, 4 bacının bir qardaşı olan Ceyhun olduqca tərbiyəli, hamının yerini bilən, yaşına uyğun olmayan bir ağsaqqal idi. Ataları erkən dünyasını dəyişəndə Ceyhun ailəyə başçılıq etməyə başlayıb. Anası, qardaş-bacılarına böyüklük edib. Anasının qayğısına qalıb. Bacısı Xəyalənin dediyi kimi, Ceyhun fəxr ediləsi qardaş idi. O, bizə atasızlığı hiss etməyə qoymayıb. Və sonda canını vətən yolunda fəda edib.

5 oktyabr 2021-ci ildə şəhid Ceyhun Hüseynovun onsuz keçən ilk doğum günü qeyd olundu.  Onun 30 yaşını yaxınları, kənd icra və bələdiyyə nümayəndələri, kənd sakinləri, şəhidin döyüş yoldaşları, media mənsubları qeyd edirlər. Əvvəl Ceyhunun doğulub, başa çatdığı evdə çəkilişlər oldu, onun xatirəsi anılaraq, ruhuna dualar oxundu. Döyüş yoldaşları Ceyhun haqqında xatirələrini bölüşdülər. Sonra mərasim iştirakçıları kənd qəbiristanlığında uyuyan şəhid Ceyhunun məzarını ziyarət etdilər və önünə əklillər qoyub, təzə gül dəstələri düzdülər.

Keçidlər