Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr – Anım Günü ilə əlaqədar Ağcabədi rayon Heydər Əliyev Mərkəzində tədbir keçirildi

22 sentyabr 2021 | 11:00

22 sentyabr 2021-ci il tarixdə Pandemiya qaydaları gözlənilməklə N saylı hərbi hissənin əsgər və zabitlərinin, Ağcabədi Pedoqoji Kollecinin tələbələrinin iştirakı ilə “Azadlığı al qan ilə biz dağlara yazdıq” adlı tədbir keçirilib. Öncə müqqəddəs torpaqlarımızın azadlığı uğrunda canını fəda edən vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru səlahiyyətlərini icra edən Rövşanə Əliyeva çıxış edərək bildirdi ki, 2020-ci il sentyabrın 27-də Ermənistan cəbhə xətti boyunca ağır artilleriya və digər atıcı silahlardan istifadə edərək Azərbaycan Ordusunun döyüş mövqelərini və yaşayış məntəqələrini atəşə tutmuşdur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusu cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu bəyan etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda,ədalətin,ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq.Noyabr ayının 10-da Müzəffər Azərbaycan Ordusu hərbi yolla illərdir düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi,dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zehninin ən son nailiyyəti olan PUA-larla qazanmaq olar. Hərbi əməliyyatlar zamanı qazanılmış qələbələr, xüsusilə Qarabağın Tacı olan Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı.

Daha sonra N saylı Hərbi hissə komandanlığının ideoloji iş üzrə bölmə rəisinin baş köməkçisi müavini Elşən Quliyev,Mərkəzin bələdçisi Səbinə Mamedova və APK-nin tələbələri çıxış edərək 44 günlük Haqq savaşımızdan ətraflı söz açaraq vurğuladılar ki, bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərməklə öz tarixi torpaqlarını düşmən tapdağından azad etdi.

Sonda şəhidlərimizə rəhmət dilənib,qazilərimizə can sağlığı arzulanaraq xatirə şəkli çəkdirildi.

Keçidlər