Şriftin ölçüsü :

Saytın rəngi :

Xəsil və təkrar qarğıdalı əkin sahələrində suvarma geniş vüsət alıb

21 sentyabr 2021 | 11:00

Rayonun fermer təsərrüfatlarında heyvandarlığı inkişaf etdirmək üçün yaşıl yem təminatı məqsədi ilə əkilmiş xəsil və təkrar qarğıdalı sahələrinin suvarılması uğurla davam etdirilir. Ağcabədi Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Malik Mirzəyevin dediklərinə görə, həmin əkin sahələrinin müntəzəm suvarılması daim diqqət mərkəzində saxlanılır.

Ağcabədi şəhər ərazisində, Hüsülü, Cəfərbəyli, Qaravəlli və Salmanbəyli kəndlərində fəaliyyət göstərən təsərrüfatlarda xəsil üçün arpa əkini sahələrində suvarma daha yaxşı təşkil olunub.

M.Mirzəyev qeyd edib ki, bu il rayon üzrə 1666 hektar sahədə təkrar qarğıdalı əkini aparılıb. Sözügedən əkin sahələri mal-qaranın qış dövründə yaşıl yem kütləsi və silos təminatı üçün nəzərdə tutulub. Rayon mərkəzində, Hindarx qəsəbəsi, Kəhrizli, Şahsevən, Muğanlı kəndlərindəki fermer təsərrüfatlarında geniş suvarma işləri həyata keçirilib. Digər ərazilərdə fəaliyyət göstərən təsərrüfatlarda da təkrar qarğıdalı sahələrinin suvarılması istiqamətində tədbirlər görülür.

Keçidlər