Şriftin ölçüsü :

Saytın rəngi :

“Könüllülər Kuboku”nun Futbol idman növü üzrə Ağcabədi rayon mərhələsi keçirilmişdir.

16 iyul 2021 | 11:00

14-15 iyul 2021-ci il tarixlərdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və "Azərbaycan İdman Könüllüləri" ictimai birliyi tərəfindən imzalanmış "Könüllülər Kuboku"nun müvafiq əsasnaməsinə uyğun olaraq, “Covid-19” pandemiyasına qarşı əsas müdafiə tədbirlərinə əməl etmək şərtilə “Könüllülər Kuboku”nun Futbol idman növü üzrə Ağcabədi rayon mərhələsi keçirilmişdir.

Yarışda 15-17 yaş arası gənclər iştirak etmişdir. Respublika Könüllülər Kubokunun zona mərhələsinə vəsiqə qazanmaq uğrunda gərgin idman mübarizəsi ilə yadda qalan yarışın yekun nəticələrinə əsasən Polad komandası I yerə, Vətən komandası II yerə, Xarıbülbül komandası isə üçüncü yerə laiq görülmüşdür.

Keçidlər