Şriftin ölçüsü :

Saytın rəngi :

“Könüllülər Kuboku”nun Şahmat üzrə Ağcabədi rayon mərhələsi keçirilmişdir.

14 iyul 2021 | 11:00

10-13 iyul 2021-ci il tarixlərində Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və "Azərbaycan İdman Könüllüləri" ictimai birliyi tərəfindən imzalanmış "Könüllülər Kuboku"nun müvafiq əsasnaməsinə uyğun olaraq, “Covid-19” pandemiyasına qarşı əsas müdafiə tədbirlərinə əməl etmək şərtilə “Könüllülər Kuboku”nun Şahmat üzrə Ağcabədi rayon mərhələsi keçirilmişdir.

Respublika Könüllülər Kubokunun zona mərhələsinə vəsiqə qazanmaq uğrunda 15-17 yaşlı gənc şahmatçılar arasında keçən yarışda mübarizə aparan komandalardan Qarabağ komandası I yerə, Aran komandası II yerə, Qələbə komandası isə üçüncü yerə laiq görülmüşdür.

Keçidlər