Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda taxıl biçini başa çatdırılıb

10 iyul 2021 | 11:00

Cari təsərrüfat ilində rayonumuzda 26 min 879,6 hektar əkin sahəsində taxıl yetişdirilib. Onun 22 min 224,1 hektarını buğda, 4 min 655,5 hektarını isə arpa əkini təşkil edib. Bütün imkanlarını səfərbərliyə alan rayon taxılçıları mövsümü uğurla başa vurublar. Rayon üzrə cəmi 105 min 556 ton taxıl, o cümlədən 88 min 968 ton buğda, 16 min 588 ton arpa istehsal olunub.

​Buğda əkini sahələrinin hər hektarından 40, arpa əkin sahələrinin hər hektarından isə 35,6 sentner məhsul götrülüb.

​Taxıl istehsalında Ağcabədi şəhər, Hindarx qəsəbə, Yuxarı Qiyaməddinli, Salmanbəyli, Yeni Qaradolaq və digər kənd ərazilərində fəaliyyət göstərən fermerlər fərqləniblər.

 

Keçidlər