Şriftin ölçüsü :

Saytın rəngi :

Taekvondo üzrə Azərbaycan birinciliyinin mükafatçıları ilə görüş keçirilmişdir.

02 iyul 2021 | 11:00

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev Taekvondo idman növü üzrə Azərbaycan birinciliyində uğurlu nəticələr əldə etmiş Ağcabədi taekvondoçuları ilə görüş keçirmişdir. İdarə rəisi idmançıları qazandıqları nəticələr münasibəti ilə təbrik etmiş, onlara yeni-yeni nailiyyətlər arzu etmişdir. Pandemiyanın digər sahələrlə yanaşı idmanada çox böyük mənfi təsirlərinin olduğunu vurğulayan Rüfət müəllim bildirdi ki, idmandakı uzun fasilələrdən sonra bütün bunlara baxmayaraq Ağcabədi taekvondoçularının uğurlu nəticə əldə etməkləri rayonumuzda idmanın inkişafının bariz nümunəsidir.

Qeyd edək ki, 16-18 iyun Bakı şəhərində keçirilmiş Taekvondo idman növü üzrə Azərbaycan birinciliyində iştirak edən Ağcabədi taekvondoçuları 6 medal qazanaraq uğurlu nəticə əldə etmişdir. Taekvondoçularımızdan Səlimov Vasif - I yerə, İbrahimova Bahar, Mirzəyev Akşin - II yerə, Quliyev Rəsul, Abbaszadə Firəngül,Tanrıverdiyev Eltun - III yerə laiq görülmüşdür.

Keçidlər