Şriftin ölçüsü :

Saytın rəngi :

“N” saylı hərbi hissədə bayram tədbiri keçirilmişdir

26 iyun 2021 | 11:00

Silahlı Qüvvəıər Günü münasbətilə Ağcabədidə yerləşən “N” saylı
hərbi hissədə tədbir keçirilmişdir. Hərbi hissənin komandiri Ümidvar Quliyev tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilimişdir.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əlyevin və müharbədə həlak olan şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.Sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək əsgər və zabitləri əlamətdar gün münasibətilə təbrik etmiş, ordumuzun keçdiyi şərəfli yoldan
ətraflı danışmışdır.
Daha sonra icra başçısı hərbi hissənin komandiri Ümdvar Qulievə rayon icra hakimiyyətinin Fəxri Fərmanını təqdim etmişdir.

Bununla yanaşı hərbi xidmətdə fərqlənən əsgər və zabtlərə orden
və medallar təqdim olunmuş, onlardan bir neçəsi növbəti hərbi rütbə i̒lə mükafatlandırılmışlar. Mərasimdə iştirak
edən şəhid valideynləri və qazilər hərbi hissənin timsalında orduda xidmət edən hər kəsi təbrik edərək onlara çətin və şərəfli hərbçi peşəsində uğurlar arzulamışlar.
Sonda Ağcabədi Regional Mədəniyyət İdarəsinin Hindarx qəsəbə Uşaq Musiqi Məktəbinin kollektivinin i̒fasında musiqili kompozisiya təqdim edilmişdir.

 

Keçidlər