Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar olaraq silsilə tədbirlər davam etdirilir.

10 iyun 2021 | 11:00

10 iyun 2021-ci il tarixdə Pandemiya qaydaları gözlənilməklə Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Müasir Güclü Azərbaycan Ordusu” adlı tədbir keçirilib. Öncə əsgər və zabitlər Ulu Öndərin zəngin həyat və fəaliyyətini özündə əks etdirən sərgi və eksponatlarla tanış olub.Sonra Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva çıxış edərək bildirmişdi ki,Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi uğrunda illərlə mübarizə apararaq, bu yolda minlərlə şəhid verib. Ulu Öndər Heydər Əliyevin «Müstəqiliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» tezisi hər bir dövr üçün öz aktuallığını qoruyur, birliyə, həmrəyliyə bir çağırış kimi önə çəkilir.Bu baxımdan, Azərbaycanın müasir tarixinin iki önəmli hadisələrindən biri Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa edilməsi və Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışıdır.Bu iki hadisə bir-biri ilə sıx bağlıdır.

Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı o zaman yenicə bərpa edilmiş dövlət müstəqilliyimizin başı üzərini almış çox ciddi təhlükələrin aradan qaldırılması ilə əlaqədar idi. Bu təhlükələri yaşayan Azərbaycan xalqı ölkəni düçar olduğu vəziyyətdən xilas etmək üçün dahi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etməklə Azərbaycanın qarşısında bugünkü uğurlarımız üçün imkanlar yaratdı.Daxili çəkişmələr, Ermənistanın təcavüzü, ölkəyə rəhbərlik edənlərin şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmalarının yaratdığı problemlər, faciələr, anarxiya, özbaşınalıq, dövlət müstəqilliyini itirmək təhlükəsi məhz müstəqilliyimizin ilk illərinin səciyyəvi xüsusiyyətləri idi. Belə çətin məqamda Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etdi.Xalqı ilə birlikdə olduğunu bəyan edən ulu öndər Heydər Əliyevin iyunun 9-da Bakıya gəlişi, qardaş qırğınının qarşısını almaq istiqamətində göstərdiyi səylər o dövrün hadisələrinin şahidi olanların yaddaşlarındadır.Daha sonra N saylı Hərbi hissənin ideoloji iş üzrə bölmə rəisinin baş köməkçisi Elşən Quliyev qeyd etmişdir ki,Ümummilli Lider iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilərək, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətələrini həyata keçirməyə başladı.1993-cü il oktyabrın 3-də isə Ulu Öndər Azərbaycanın Prezidenti seçildi. Bu qısa xronologiya bir daha Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevə, dahi şəxsiyyətin isə xalqına bağlı olmasının təsdiqidir.

«Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm» tezisini önə çəkərək, bunu atdığı hər addımında sübut edən Ümummilli Lider Heydər Əliyev Azərbaycanı çox qısa zamanda böyük inkişaf, tərəqqi yoluna çıxardı. Verilən hər bir vədin konkret əməli işdə təsdiqinin nəticəsi idi ki, xalqın gələcəyə ümidləri daha da artdı. İstər Azərbaycan tarixində, istərsə də xalqımızın yaddaşında ümummilli lider Heydər Əliyev müstəqil, müasir dövlətimizin simvolu kimi qalmış və qalacaq. Azərbaycanın hər bir uğuru Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.Bu gün də Dahi Liderin ideyaları cənab prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.Bunun ən bariz nümunəsi Ali baş komandanın iradəsi və güclü ordumuz sayəsində xalqımızın 30 illik torpaq həsrətinə son qoyulması oldu.

Keçidlər