Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi taxılçıları qısa vaxtda 1422 hektar sahədə biçin aparıblar.

07 iyun 2021 | 11:00

Ağcabədi rayonunun taxılçıları arpa biçinini davam etdirirlər. Artıq 1422 hektar sahədə biçin aparılıb, 4622 ton məhsul əldə edilib. Hər hektarın orta məhsuldarlığı 32,5 sentnerdir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, torpaq mülkiyyətçiləri bu il 29 min 935,3 hektar sahədə taxıl bitkiləri becəriblər. Onun da 22 min 224,1 hektarı buğda, 7711,2 hektarı arpadır. Düzgün aqrotexniki qulluq sayəsində zəmilərdə bol məhsul yetişib. Taxıl biçininə, ümumilikdə rayon üzrə 51 taxılbiçən kombayn cəlb edilib. Bunun 38-i “Aqrolizinq” ASC-yə məxsus, 13 ədədi isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin istifadəsində olan texnikalardır.

Qeyd edək ki, Ağcabədi rayonu respublikanın 100 min tondan çox taxıl istehsal edən rayonları sırasındadır. Ötən il rayon taxılçıları 28 min 324 hektar taxıl sahəsindən 105 min 494,2 ton məhsul əldə ediblər. Hər hektarın məhsuldarlığı orta hesabla 37,2 sentner olub.

Keçidlər