Şriftin ölçüsü :

Saytın rəngi :

Polis Ağcabədi sakininin Xocavənddə tapdığı silah-sursatı götürdü

04 aprel 2021 | 11:00

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Ağcabədi rayon sakini Hüseyn Əliyev işğaldan azad edilən Xocavənd rayonu ərazisində olarkən 1 pulemyot, 98 pulemyot gülləsi, 2 qumbaraatan, 13 qumbaraatan mərmisi, 1 əl qumbarası, 7 ədəd müxtəlif mərmi tapıb.

Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində həmin şəxs tapdığı silah-sursatları RPŞ-yə təhvil verib.

 

Keçidlər