Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələri ziyarət olundu

08 mart 2021 | 11:00

  Ağcabədidə “8 mart Beynəlxalq Qadınlar Günü” ilə bağlı şəhid ailələri ziyarət olunub. Rayon icra Hakimiyyətinin başçısı Cənab Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının, o cümlədən idarə və müəssisələrin rəhbərlərinin iştirakı ilə baş çəkilən ailələrdə şəhid analarına, xanımlarına, onların qız övladlarına bayram sovqatları, hədiyyələr təqdim edilib.

Söhbət zamanı qeyd olunub ki,  şəhid ailələrinə hər zaman yüksək diqqət və qayğıyla yanaşmalı və onların həyat şəraitinin yaxşılaşması üçün əlimizdən gələni əsirgəməməliyik. Bu, hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Bütün şəhid anaları, xanımları dəyərli və əzizdirlər.

 

Keçidlər