Şriftin ölçüsü :

Saytın rəngi :

E L A N

05 fevral 2021 | 11:00

Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzi “Nizami Gəncəvi İli” ilə əlaqədar olaraq Ağcabədi şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında “Nizaminin Sirli Xəzinəsi” mövzusunda inşa yazı müsabiqəsi elan edir.
Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2021-ci il tarixli Sərəncamının icrası və dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığının daha dərindən öyrənilməsidir.
Ağcabədi şəhərində yerləşən istənilən orta məktəbin 9-11-ci sinif şagirdləri mövzu üzrə inşasını müsabiqəyə təqdim edə bilər. İnşa yazısı kompüterdə yığılmalı və Word proqramının 12-ci şrift ilə  (sətirlər arası məsafə 1,5-dən çox olmamaqla) 3-5 səhifə (A4) həcmində yazılmalıdır.
Müsabiqə müddətində qəbuletmə və qoşulma prosesi onlayn həyata keçiriləcək. İnşalar heydaraliyev.agcabedi@gmail.com e-mail ünvanına göndərilməlidir.
Müsabiqə 10 mart 2021-ci il tarixədək davam edəcəkdir.
Müsabiqənin qalibləri mükafatlandırılacaq.
Əlavə məlumat üçün +994 21-275-51-16 və (050) 763-61-23 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Keçidlər