Şriftin ölçüsü :

Saytın rəngi :

Dekabrın 4-ü "Könüllülər Dekadası" çərçivəsində “Azərbaycanın Olimpiya Odisseyası” layihəsinin növbəti onlayn görüşü keçirilib.

07 dekabr 2020 | 11:00

Tədbirdə cüdo üzrə Olimpiya Oyunları mükafatçısı, Avropa Çempionu Elmar Qasımovun  gənclər və könüllülərlə görüşü təşkil olunub.
 "Azərbaycan İdman Könüllüləri" ictimai birliyinin sədri Miraqil Seyidzadə çıxış edərək idmançılarımızın ölkə ictimaiyyətinə, xüsusən də gənclərə tanıdılmasının, gənclərin idmana həvəsləndirilməsinin önəmini vurğulayaraq peşəkar cüdoçu Elmar Qasımovun uğurlu karyerası haqqında məlumat verdi.
 “Azərbaycan İdmançıları” İctimai Birliyinin baş katibi Fərhad Acalov idmançılarımıza dəstəyini bildirdi və özlərini zədələrdən qoruyaraq idman kariyeralarında uğur qazanmalarını arzuladı.
 Elmar Qasımov tədbir iştirakçılarına idmana gəlişi və yaşadığı çətinlikləri, yaddaqalan görüşləri və gələcək planları haqqında danışdı.
Sonra Elmar Qasımov gənclərin suallarını cavablandırdı və tövsiyyələrini verdi.
Onlayn görüşdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və rayon gəncləri də iştirak edirdi.

Keçidlər