Şriftin ölçüsü :

Saytın rəngi :

“Birlikdə Dəstək” aksiyası Ağcabədidə balacaları sevindirib.

06 noyabr 2020 | 11:00

Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşəbbüsü ilə keçirilən #Birlikdəstək aksiyası çərçivəsində GİKM-ın Ağcabədi nümayəndəliyinin Gənc Könüllüləri və ASAN Könüllüləri Ağcabədidə yerləşən sığınacaqları ziyarət ediblər. Ziyarət zamanı oradakı uşaqlarala görüşən könüllülər, onların müharibə vəziyyəti ilə əlaqədar olaraq keçirdiyi pisixoloji gərginliyi aradan qaldırmağa çalışıblar. Həmçinin uşaqlara boyama kitabçaları və rəngli karandaşlar hədiyyə edilib, onlarla müxtəlif oyunlar oynanılıb.

 

Keçidlər