Şriftin ölçüsü :

Saytın rəngi :

Qışa hazırlıq məqsədilə oduncaq tədarükünə start verilib

20 iyul 2020 | 11:00

Qışa hazırlıq məqsədilə oduncaq tədarükünə start verilib. Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində tədarük olunacaq odun ilk növbədə Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinə, Təhsil, Səhiyyə müəssisələrinə və qazlaşdırılmayan kəndlərin əhalisinə dəyəri ödənilmək şərti ilə veriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 20-21-də Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində qışa hazırlıq məqsədilə qırma işləri aparılacaq və ictimai dinləmə keçiriləcək.

Həmin ərazilər aşağıdakılardır:

Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzi üzrə oduncaq tədarükü ilə əlaqədar aparılacaq qırma prosesində iştirak etmək istəyən ictimaiyyət nümayəndələrinin, ictimai fəalların, kənd ağsaqqallarının nəzərinə çatdırılır ki, aşağıda göstərilən ərazilərdə ictimai dinləmə keçiriləcək və qırma işləri aparılacaq:

- İctimai dinləmənin keçiriləcəyi ərazi: Balakən rayonu, Qaysa kəndi, 20 iyul, saat 12:00;

Qırma sahəsi: Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin Qabaqçöl meşəbəyliyinin 5-ci dolayı;

- İctimai dinləmənin keçiriləcəyi ərazi: Zaqatala rayonu, Mazıx kəndi, 21 iyul, saat 11:00;

Qırma sahəsi: Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin Car meşəbəyliyinin 6-cı dolayı;

Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzi üzrə iyulun 20-də oduncaq tədarükü ilə əlaqədar aşağıda göstərilən ərazidə ictimai dinləmə keçiriləcək və qırma işləri aparılacaq:

- İctimai dinləmənin keçiriləcəyi ərazi: Oğuz rayonu, Heydər Əliyev küçəsi 9, 20 iyul, saat 12:00;

Qırma sahəsi: Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz meşəbəyliyinin 3-cü dolayı;

Quba Regional Meşə Təsərrüfatı Mərkəzi üzrə iyulun 20-21-də oduncaq tədarükü ilə əlaqədar aşağıda göstərilən ərazilərdə ictimai dinləmə keçiriləcək və qırma işləri aparılacaq:

- İctimai dinləmənin keçiriləcəyi ərazi: Quba rayonu, İspik kəndi, 20 iyul, saat 11:00;

Qırma sahəsi: Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin Quba meşəbəyliyinin 3 saylı dolayı;

- İctimai dinləmənin keçiriləcəyi ərazi: Quba rayonu, Möhüc kəndi, 21 iyul, saat 11:00;

Qırma sahəsi: Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin Quba meşəbəyliyinin 6 saylı dolayı;

Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzi üzrə iyulun 20-21-də oduncaq tədarükü ilə əlaqədar aşağıda göstərilən ərazilərdə ictimai dinləmə keçiriləcək və qırma işləri aparılacaq:

- İctimai dinləmənin keçiriləcəyi ərazi: Ağstafa rayonu, Muğanlı kəndi, 20 iyul, saat 11:00;

Qırma sahəsi: Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin Soyuqbulaq meşəbəyliyinin 2-ci dolayı;

- İctimai dinləmənin keçiriləcəyi ərazi: Ağstafa rayonu, Qarayazı qəsəbəsi, 20 iyul, saat 14:00;

Qırma sahəsi: Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin Soyuqbulaq meşəbəyliyinin 7-ci dolayı;

- İctimai dinləmənin keçiriləcəyi ərazi: Ağstafa rayonu, Köçvəli kəndi, 20 iyul, saat 16:00;

Qırma sahəsi: Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin Soyuqbulaq meşəbəyliyinin 6-cı dolayı;

- İctimai dinləmənin keçiriləcəyi ərazi: Gədəbəy rayonu, Pərizamanlı kəndi, 21 iyul, saat 11:00;

Qırma sahəsi: Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin Yanıxlı meşəbəyliyinin 53-cü dolayı;

- İctimai dinləmənin keçiriləcəyi ərazi: Tovuz rayonu, Sarı Tala kəndi, 21 iyul, saat 14:00;

Qırma sahəsi: Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin Yanıxlı meşəbəyliyinin 54-cü dolayı;

- İctimai dinləmənin keçiriləcəyi ərazi: Tovuz rayonu, Nəmxoş kəndi, 21 iyul, saat 16:00;

Qırma sahəsi: Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin Yanıxlı meşəbəyliyinin 52-ci dolayı;

Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzi üzrə iyulun 20-21-də oduncaq tədarükü ilə əlaqədar aşağıda göstərilən ərazilərdə ictimai dinləmə keçiriləcək və qırma işləri aparılacaq:

- İctimai dinləmənin keçiriləcəyi ərazi: Daşkəsən rayonu, Qabaqtəpə kəndi, 20 iyul, saat 10:00;

Qırma sahəsi: Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin Əmirvar meşəbəyliyinin 4-cü dolayı;

- İctimai dinləmənin keçiriləcəyi ərazi: Daşkəsən rayonu, Çanaxçı kəndi, 21 iyul, saat 10:00;

Qırma sahəsi: Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin Dəstəfur meşəbəyliyinin 6-cı dolayı;

Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzi üzrə iyulun 20-21-də oduncaq tədarükü ilə əlaqədar aşağıda göstərilən ərazilərdə ictimai dinləmə keçiriləcək və qırma işləri aparılacaq:

- İctimai dinləmənin keçiriləcəyi ərazi: Göygöl rayonu, Qarabulaq kəndi, 20 iyul, saat 11:00;

Qırma sahəsi: Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin Hacıkənd meşəbəyliyinin 10-cu dolayı;

- İctimai dinləmənin keçiriləcəyi ərazi: Goranboy rayonu, Ballı-qaya kəndi, 21 iyul, saat 12:00;

Qırma sahəsi: Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin Yeni-Ağcakənd meşəbəyliyinin 10-cu dolayı;

Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzi üzrə iyulun 20-21-də oduncaq tədarükü ilə əlaqədar aşağıda göstərilən ərazilərdə ictimai dinləmə keçiriləcək və qırma işləri aparılacaq:

- İctimai dinləmənin keçiriləcəyi ərazi: Ağdam rayonu, İmamqulubəyli kəndi, 20 iyul, saat 10:00;

Qırma sahəsi: Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin Soltanbud-01 meşəbəyliyinin 30-cu dolayı;

-İctimai dinləmənin keçiriləcəyi ərazi: Bərdə rayonu, İmirli kəndi, 21 iyul, saat 10:00;

Qırma sahəsi: Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin Soltanbud-02 meşəbəyliyinin 23-cü dolayı;

Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzi üzrə iyulun 20-21-də oduncaq tədarükü ilə əlaqədar aşağıda göstərilən ərazilərdə ictimai dinləmə keçiriləcək və qırma işləri aparılacaq:

- İctimai dinləmənin keçiriləcəyi ərazi: İsmayıllı rayonu, Qalınçaq kəndi, 20 iyul, saat 10:00;

Qırma sahəsi: Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin Qalınçaq meşəbəyliyinin 7-ci dolayı;

- İctimai dinləmənin keçiriləcəyi ərazi: İsmayıllı rayonu, Bizlan kəndi, 21 iyul, saat 10:00;

Qırma sahəsi: Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin Girdiman meşəbəyliyinin 10-cu dolayı;

Şabran Regional Meşə Təsərrüfatı Mərkəzi üzrə iyulun 20-21-də oduncaq tədarükü ilə əlaqədar aşağıda göstərilən ərazilərdə ictimai dinləmə keçiriləcək və qırma işləri aparılacaq:

- İctimai dinləmənin keçiriləcəyi ərazi: Siyəzən rayonu, Sadan kəndi, 20 iyul, saat 11:00;

Qırma sahəsi: Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin Ərziküş meşəbəyliyinin 1-ci dolayı;

- İctimai dinləmənin keçiriləcəyi ərazi: Siyəzən rayonu, Dağquşçu kəndi, 21 iyul, saat 11:00;

Qırma sahəsi: Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin Ərziküş meşəbəyliyinin 2-ci dolayı;

Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzi üzrə iyulun 20-21-də oduncaq tədarükü ilə əlaqədar aşağıda göstərilən ərazilərdə ictimai dinləmə keçiriləcək və qırma işləri aparılacaq:

- İctimai dinləmənin keçiriləcəyi ərazi: Ağcabədi rayonu, M.Ə.Rəsulzadə küçəsi 214, 20 iyul, saat 10:00;

Qırma sahəsi: Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzinin 4 saylı meşəbəyliyinin 5-ci dolayı;

- İctimai dinləmənin keçiriləcəyi ərazi: Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi, 21 iyul, saat 10:00;

Qırma sahəsi: Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzinin 2 saylı meşəbəyliyinin 1-ci dolayı;

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi üzrə iyulun 20-21-də oduncaq tədarükü ilə əlaqədar aşağıda göstərilən ərazilərdə ictimai dinləmə keçiriləcək və qırma işləri aparılacaq:

- İctimai dinləmənin keçiriləcəyi ərazi: Cəlilabad rayonu, Ağdaş kəndi, 20 iyul, saat 11:00;

Qırma sahəsi: Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Göytəpə meşəbəyliyinin 11-ci dolayı;

- İctimai dinləmənin keçiriləcəyi ərazi: Cəlilabad rayonu, Soyuqbulaq kəndi, 21 iyul, saat 11:00;

Qırma sahəsi: Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Göytəpə meşəbəyliyinin 10-cu dolayı;

Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi üzrə iyulun 20-21-də oduncaq tədarükü ilə əlaqədar aşağıda göstərilən ərazilərdə ictimai dinləmə keçiriləcək və qırma işləri aparılacaq:

- İctimai dinləmənin keçiriləcəyi ərazi: Lerik rayonu, Bürsülüm kəndi, 20 iyul, saat 12:00;

Qırma sahəsi: Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Razvandoband meşəbəyliyinin 20a saylı dolayı;

- İctimai dinləmənin keçiriləcəyi ərazi: Astara rayonu, Motlayataq kəndi, 21 iyul, saat 12:00;

Qırma sahəsi: Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Əsxənəkəran meşəbəyliyinin 3 saylı dolayı.

Keçidlər