Şriftin ölçüsü :

Saytın rəngi :

Silahlı Qüvvələr günü münasibətilə Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və Ağcabədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə videokonfrans keçirilib.

25 iyun 2020 | 11:00

25 iyun 2020-ci il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və Ağcabədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Ordu Quruculuğu” mövzusunda videokonfrans keçirilib.
      Videokonfransda öncə Heydər Əliyev Mərkəzinin əməkdaşlarının hazırladığı “26 İyun – Silahlı Qüvvələr günü” adlı video-çarx nümayiş etdirildi. Sonra konfransı giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa  Mərkəzdə nümayiş etdirilən “Milli Ordumuz – İftxarımız, Qürur mənbəyimizdir” adlı kitab,qəzet, fotoşəkil və jurnallardan  ibarət sərgi əsasında Azərbaycan Silahlı Qüvvələrinin yaradılması, eləcə də müstəqillik illərində ordu quruculuğunda  görülən işlər və Dahi Lider Heydər Əliyevin  bu sahədə atdığı uğurlu addımlar haqqında söz açaraq, bu gün də hərb sahəsində böyük işlərin görüldüyünü vurğuladı. Natiq həmçinin, Şanlı “Aprel döyüşləri”nin xalq-ordu birliyinin bariz nümunəsi olduğunu və insanlarda böyük ruh yüksəkliyi yaratdığını söylədi. Dahi lider Heydər Əliyevin Ağcabədiyə səfərlərindən söz açan Məhsəti Musa səfərlərin birində Onun məhz hərbi hissədə olduğunu bildirərək sözü mərkəzin baş fond mühafizi Rövşanə Əliyevaya  verdi. Konfransa mərkəzin ekspozisiya zalından qoşulan R.Əliyeva Ümummilli Lider Heydər Əliyevin Ağcabədiyə səfəri zamanı hərbiçilərlə görüşünü əks etdirən lövhə ilə izləyiciləri tanış edərək bildirmişdir ki, hələ atəşkəs sazişi imzalanmadığı çətin dövdə Dahi Liderimiz hərbiçilərlə görüşmüş,onların problemləri ilə maraqlanmış, Ali Baş Komandan kimi öz dəyərli məsləhət və tövsiyyələrini verərək əsgərlərimizə dəstək olmuşdur.
     Daha sonra  mərkəzin könüllüsü Günel Quliyeva  Azərbaycan Silahlı Qüvvələrinə həsr olunmuş sərginin ikinci hissəsi ilə konfrans iştirakçılarını tanış etdi. Bildirdi ki, mərkəzin “Rəsm” kursu və “Maraqlar üzrə əl işləri” dərnəyinin üzvləri bu rəsm və əl işləri vasitəsi ilə Azərbaycan ordusuna, Azərbaycan əsgərinə, Azərbaycan bayrağına olan sevgilərini əks etdirməyə çalışıblar.
       Ağcabədi rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Cavid Bünyadov isə çıxışında  Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğunda gördüyü və bu gün də uğurla davam etdirilən işlər haqqında ətraflı məlumat verdi. Bundan sonra Ağcabədi rayon Mərkəzləşmiş Kitabxna Sisteminin direktoru Məhəbbət Əliyeva kitabxanada təşkil olunmuş sərgi əsasında çıxış etdi və bildirdi ki, Silahlı Qüvvələr günü münasibəti ilə MKS-də tədbirlərin keçirilməsi növbəti günlərdə də davam edəcəkdir. Ağcabədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov da tədbir iştirakçılarını Silahlı Qüvvələr günü münasibəti ilə təbrik etdi, əhatəli çıxış zamanı gənclərdə vətənpərvərlik hisslərinin aşılanması istiqamətində  birgə tədbirlərin vacibliyini də  vurğuladı.

Keçidlər