Şriftin ölçüsü :

Saytın rəngi :

28 May – Respublika gününə həsr olunmuş onlayn musiqi müsabiqəsi keçirilib.

22 may 2020 | 11:00

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 28 May – Respublika gününə həsr olunmuş onlayn musiqi müsabiqəsi keçirilib.
Müsabiqə iştirakçıları vətənpərvərlik mövzusunda musiqi ifa edərkən çəkilmiş videolarını  19-21 may 2020-ci il tarixlərdə whatsapp mobil tətbiqi vasitəsilə müsabiqəyə tətbiq ediblər.  Onlyan musiqi müsabiqəsində 32 nəfər iştirak edib.
Hər bir iştirakçının göndərdiyi video müsabiqə təşkilatçıları tərəfindən diqqətlə araşdırılıb və yekunda Ağcabədi rayon Ü.Hacıbəyli adına Uşaq İncəsənət məktəbinin müəllimi Abışzadə Tünzalə Vaqif qızı 1-ci yerə, Xocavənd kənd Uşaq Musiqi məktəbinin müəllimi Qəribov Röyal Qərib oğlu 2-ci yerə, Xocavənd kənd Uşaq Musiqi məktəbinin müəllimi Niyazova Pərvin Əlinağı qızı isə 3-cü yerə layiq görülüblər.

Keçidlər