Şriftin ölçüsü :

Saytın rəngi :

KARANTİN TƏDBİRLƏRİ - Ağcabədidə prospekt və küçələr, çoxmənzilli binalar dezinfeksiya olunur.

03 aprel 2020 | 11:00

 Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə respublikamızın hər yerində olduğu kimi Ağcabədi rayonunda da dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər davam etdirilir. Vətəndaşların koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq genişmiqyaslı profilaktik tədbirlər həyata keçirilir.
  2 aprel 2020-ci il tarixdə Ağcabədi rayonunda 33 çoxmənzilli yaşayış binası, 1 qeyri-yaşayış binası, 120-dən çox ticarət və xidmət obyektləri, 5 avtomobil dayanacağı, 20-dən çox sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitələri, 30-a yaxın ödəniş terminalları və bankomatlar dezinfeksiya edilmiş, 7 küçə xüsusi ayrılmış avtomobillər vasitəsilə dezinfeksiya edici məhlullarla yuyulub.
Qeyd edək ki, rayonda dezinfeksiya işləri gündəlik olaraq mütəmadi şəkildə davam etdirilir.

Keçidlər