Şriftin ölçüsü :

Saytın rəngi :

KARANTİN TƏDBİRLƏRİ -Ağcabədidə dezinfeksiya işləri davam etdirilir.

31 mart 2020 | 11:00

İnfeksiyanın şəhər ərazisində yayılmasının qarşının alınması məqsədilə Gigiyena və Epidemilogiya Mərkəzinin işçiləri tərəfindən mərkəzi bazar, avtovağzal, ictimai iaşə və ticarət obyektləri, park və xiyabanlar, yaşayış binalarının giriş hissələri və pilləkən qəfəsləri yanaşı məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində bütövlüklə, genişmiqyaslı profilaktik tədbirlər davam etdirilir. Xüsusi nəqliyyat vasitələri ilə şəhərin prospekt və küçələrində, məhəllədaxili yollarda küçələrin yuyulması və dezinfeksiya işləri aparılır. Həyata keçirilən tədbirlərin mütəmadi olaraq davam etdirilir.
Koronavirus infeksiyasının geniş yayılma sürətini nəzərə alaraq bir daha rayon sakinlərini şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, insanların sıx toplaşdığı yerlərə getməməyə və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

Keçidlər