Şriftin ölçüsü :

Saytın rəngi :

Mehrablı kəndində səyyar qəbul-görüş keçirilmişdir.

19 fevral 2020 | 11:00

19 fevral 2020-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov Mehrablı kəndində vətəndaşlarla səyyar qəbul keçirmişdir. Qəbulda Mehrablı kənd sakinləri aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.
    Qəbulda çıxış edən icra başçısı Rafil Hüseynov Azərbaycanın bölgədə, ümumiyyətlə müasir dünyanın siyasi xəritəsində oynadığı və tutduğu mühüm rolu qeyd etdi. Gündən – günə güclənən Azərbaycan ordusunun qüdrətini xüsusi ilə vurğuladı. Aprel döyüşləri zamanı ordumuzun Ermənistanın silahlı qüvvələrinə vurduğu sağalmaz zərbələrdən danışdı.
    Ölkə Prezidenti möhtərəm İlham Əliyevin apardığı güclü, uzaqgörən daxili və xarici siyasətin ölkəyə verdiyi səmərədən söhbət açan icra başçısı R.Hüseynov son illər respublikamızda həyata keçirilən geniş islahatlardan danışaraq, bütün bu tədbirlərin ölkə əhalisinin yaşayış tərzinin daha da yüksəldilməsi və vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini vurğuladı. Prezidentin Sərəncamları ilə pensiyaların, təqaüdlərin, məvaciblərin artırılmasının ölkəmizdə dövlətin hər şey insan naminə prinsipinə əsl mənada xidmət etdiyini xatırladan cənab Rafil Hüseynov strateji əhəmiyyət daşıyan, kənd təsərrüfatının vacib və gəlirli sahələrindən olan pambıqçılığın rayonumuzda inkişafından və məhsuldarlığı artırmaq üçün lazım olan məsləhət və tövsiyələrini bildirdi.
   Təhsil sahəsinə toxunan rayon rəhbəri gələcək nəslin nümayəndələri olan bu günün məktəblilərinin müasir tələbələrə cavab verən bilik və savad sahibi olmaları üçün zəruri olan tövsiyələrini nəzərə çatdıraraq, valideyinlərin məktəb və müəllimlərdə sıx təmasda olmalarının vacibliyini də vurğuladı.
   Səyyar qəbul zamanı çıxış edən Mehrablı kənd sakinləri Baba İmanov, Ələkbər Axundov, Ziyafət Dəmirov, Mamed Quliyev, Xaliqverdi Hüseynov, Əhəd Quliyev və başqaları kənddə içməli su artezianının qazılmasının, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin və naqillərin dəyişdirilməsinin vacibliyini bildirdilər. Yay aylarında burada suvarma suyunda problemlərin yaranmasını nəzərə çatdıran kənd sakinlərinin qaldırdıqları məsələlərin həlli istiqamətində müvafiq qurumlara icra başçısı R.Hüseynov tərəfindən lazımi tapşırıqlar verildi. Əksər məsələlər yerində həll olundu, digərləri nəzarətə götürüldü.

 

Keçidlər