Şriftin ölçüsü :

Saytın rəngi :

“26 fevral-Xocalı soyqırımı” qurbanlarının xatirəsinə həsr olunmuş uşaq və yeniyetmələr arasında Taekvondo idman növü üzrə Ağcabədi rayon açıq turniri

16 fevral 2020 | 11:00

16 fevral 2020-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və “Aran” taekvondo klubunun birgə təşkilatçılığı ilə Ağcabədi Olimpiya İdman Kompleksində “26 fevral-Xocalı soyqırımı” qurbanlarının xatirəsinə həsr olunmuş uşaq və yeniyetmələr arasında Taekvondo idman növü üzrə Ağcabədi rayon açıq turniri keçirilmişdir. Turnirdə Ağcabədi, Ağdam, Zərdab, Göyçay və Yevlax rayon komandaları da daxil olmaqla 116 nəfər taekvondoçu iştirak etmişdir. Açıq rayon turniri gərgin mübarizə şəraitində keçmiş və idmançılar müxtəlif çəki dərəcələrində güclərini sınamışdırlar. Yekunda ayrı-ayrı çəki dərəcələrində I,II,III yerləri tutmuş idmançılara diplom və medallar təqdim olunmuşdur.

Keçidlər