Şriftin ölçüsü :

Saytın rəngi :

“2 Fevral – Azərbaycan gəncləri günü”dür

02 fevral 2020 | 11:00

Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədov, rayon İcra Hakimiyyəti başçısının müavini Xaliq Mirzəyev, rayon İcra Hakimiyyətinin şöbə müdiri Qurban Babayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və  təşkilatların rəhbərləri,  rayon  İcra Hakimiyyəti  Başçısının  şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri  üzrə nümayəndələri, məktəb direktorları, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının Gənclər Birliyinin üzvləri, şəhər, qəsəbə və  kəndlərdən olan fəal gənclər iştirak etmişdir.
    İlk öncə tədbir iştirakçıları Ümummilli Liderimiz Heydər Əliyevin rayon İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış abidəsinin  önünə  gül və çiçək dəstələri düzülmüşdür. Daha sonra tədbir rayon  Qızılsaray Şadlıq sarayında davam etmişdir.
  Tədbirdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev məruzə ilə çıxış etdi. Sonra  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının Tələbə Gənclər Təşkilatının sədri Eltac Fərzəliyev və Yeni Abituriyent Tədris Mərkəzinin tədris hissə rəhbəri İlahə Abbasova məruzə ətrafında çıxış etdilər. Daha sonra Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədov Ulu  Öndərimiz  Heydər  Əliyevin   Azərbaycan  gəncliyinə  göstərdiyi xüsusi diqqət və qayğıdan geniş bəhs edərək ,gənclərə gələcək işlərində uğurlar arzu etmiş və onlara Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun 2 fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə təbrikini çatdırmışdır.
     Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərə və eləcədə dünya çempionatında, beynəlxalq  turnirlərdə və Azərbaycan   birinciliklərində uğurlu  nəticələr əldə etmiş  idmançılara rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərman, diplomlar təqdim olunmuşdur.
    Tədbir Ağcabədi Regional Mədəniyyət İdarəsinin gənc kollektivinin əyləncəli bayram konserti ilə davam etmişdir.

 

 

Keçidlər