Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Tarix-Diyarşünaslıq Muzeyində “ 20 Yanvar - Ümumxalq hüzn günü”nünə həsr olunmuş tədbir keçirilmişdir.

11 yanvar 2020 | 11:00

   20 yanvar faciəsinin 30- cu ildönümü yüksək səviyyədə qeyd olunması ilə əlaqədar olaraq Ağcabədi rayon Tarix-Diyarşünaslıq Muzeyində “ 20 Yanvar - Ümumxalq hüzn günü”nünə  həsr olunmuş silsilsilə tədbirlərinə başlanılıb.
   10 yanvar 2020-ci il tarixdə şəhər 1 saylı tam orta  məktəbin VII sinif şagirdlərinin iştirakı ilə muzeydə Ağcabədi Dövlət Rəsm Qalereyasının rəsmlərindən ibarət “20 Yanvar- Unutmadıq, Unutmayacağıq”  adlı rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər. Daha sonra  akt zalında şagirdlərə mühazirə oxunaraq, 20 Yanvar 1990-cı il tarixində xalqımızın başına gətirilən müsibətdən danışılıb. Qeyd edilib ki, “Həmin gün xalqımızın igid övladları sovet ordusunun ağır hərbi silahlı texnikalarının qarşısına silahsız çıxaraq əsl fədailik göstəriblər”. Daha sonra şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Son olaraq tədbir iştirakçıları da öz fikirlərini paylaşıblar.

Keçidlər