Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı Etibar İsmayılovun doğulub boya-başa çatdığı Hindarx qəsəbəsində qəhrəmanın anım tədbiri keçirilib

04 yanvar 2020 | 11:00

4 yanvar 2020-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Etibar İsmayılovun doğulub boya-başa çatdığı Hindarx qəsəbəsində qəhrəmanın anım tədbiri keçirilib.1994-cü il yanvarın 4-də Qarabağ savaşında qəhrəmancasına həlak olan Etibar İsmayılova həsr olunan anım tədbiri, onun adını daşıyan Hindarx qəsəbə 1 saylı tam orta məktəbdə başalyıb.Müəllimlər,şagirdlər,həmkəndliləri bu məktəbə axışaraq qəhrəmanın məktəbin həyətindəki büstünü ziyarət etmiş, önünə tər gül dəştələri qoymuşlar.Tədbir iştirakçıları məktəbdə fəaliyyət göstərən muzeydə Etibarın həyat və döyüş yolundan bəhs edən şəkillər, kitab və jurnallarla tanış olmuşlar.
     Sonra tədbir iştirakçıları Hindarx qəsəbəsindəki Şəhidlər Xiyabanında qəhrəman həmyerlilərinin xatirəsini yad etməyə gələn izdihama qoşulmuşlar.Şəhidlər Xiyabanında davam edən anım tədbirinin saysız – hesabsız iştirakşıları burada uyuyan və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda vermiş hindarxlı şəhidlərin xatirəsini hörmətlə yad etmişlər.Şəhidlərin məzarları və xatirə lövhələri önündən keçən anım tədbirinin iştirakçıları buraya qərənfillər düzmüşlər.
    Anım tədbirində Hərbi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, polkovnik Ramil İsmayılov, Hindarx qəsəbə bələdiyyəsinin sədri Təvəkkül Abbasov, qəsəbə 1 saylı tam orta məktəbinin direktoru Qaryağdı Qarayev və müharibə veteranı Natiq Davıdov çıxış edərək qəhrəman şəhidərin vətənpərvərlik, igidlik dolu döyüş yollarından danışmışlar. E.İsmayılov adına Hindarx qəsəbə 1 saylı tam orta məktəbin, X.Həsənov adına 2 saylı orta, 3 saylı natamam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik, qəhrəmanlığa həsr olunmuş şeirlər səslənmişdir.

Keçidlər