Şriftin ölçüsü :

Saytın rəngi :

“Qış nağılı” adlı Yeni il festivalı ağcabədili uşaqlara sevincli anlar bəxş edib.

30 dekabr 2019 | 11:00

Ağcabədi rayonunda uşaqlar üçün “Qış nağılı” adlı Yeni il festivalı keçirilib. Gənclər üçün Təhsil Mərkəzi (GTM) və Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının birgə təşkilatçılığı ilə keçirilən bayram şənliyində xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələr, şəhid və məcburi köçkün ailələrindən olan 150-dən çox uşaq iştirak edib.Tədbir N saylı hərbi hissənin orkestri tərəfindən Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. GTM Qarabağ ofisinin rəhbəri, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Telmanqızı çıxış edərək şənlik iştirakçılarını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Bildirib ki, uşaqlara qayğı Azərbaycan dövlətinin siyasətinin prioritet istiqamətlərindəndir. Yeni nəslin sağlam böyüməsi və təhsil alması dövlətin və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqətdə saxlanılır. Uşaqların layiqli vətəndaş kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün dövlətimiz hər cür şərait yaradıb.

Digər çıxış edənlər də uşaqları təbrik edərək, xoş arzularını çatdırıblar. Bildirilib ki, Azərbaycanda uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əsası Ulu Öndər tərəfindən qoyulmuş bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bayram tədbirinə Şaxta baba və Qar qızın gəlişi uşaqlar tərəfindən böyük sevinclə qarşılanıb. Şən musiqi nömrələri, maraqlı səhnəciklər və rəqslərlə davam edən tədbirdə uşaqlara bayram hədiyyələri verilib.

Keçidlər