Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhər 7 saylı tam orta məktəbin şagirdləri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

11 dekabr 2019 | 11:00

Ulu Öndər Heydər Əliyevin Anım günü ilə əlaqədar olaraq 11 dekabr 2019-cu il tarixdə Ü. Hacıbəyli adına Ağcabədi şəhər 7 saylı tam orta məktəbin şagirdləri Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Məktəblilər əvvəlcə Heydər Əliyev Meydanında Ulu Öndərin əzəmətli abidəsini ziyarət etmiş, önünə tər – çiçək dəstələri qoymuş, Onun əziz xatirəsini yad etmişlər.
Daha sonra Heydər Əliyev Mərkəzinə gələn şagirdlər foyedə Dahi Liderimizə həsr olunmuş kitab, qəzet və jurnallardan ibarət “Unudulmaz Lider” adlı sərgi ilə tanış oldular.
Ekspozisiya zalında isə şagirdlərə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar əsasında geniş, dolğun məlumat verildi.
Sonda Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış “Xalqa bağışlanan ömür “ adlı film nümayiş etdirilib .

Keçidlər