Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində “Anım Günü” ilə əlaqədar olaraq film nümayişlərinə başlanılıb.

06 dekabr 2019 | 11:00

Ümummilli Lider Heydər Əliyevin “Anım Günü” ilə əlaqədar olaraq Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində silsilə tədbirlər davam etdirilir.        Tədbirlərin davamı kimi 06 dekabr 2019-cu il tarixindən etibarən Mərkəzdə fəaliyyət göstərən kurs üzvləri üçün Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayişinə başlanılıb. İlk olaraq “Rəsm” və “Maraqlar üzrə əl işləri” kurslarının üzvlərinin iştirakı ilə keçirilən film nümayişi zamanı öncə Mərkəz əməkdaşları tərəfindən Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında ətraflı məlumat verildi.
   Daha sonra Mərkəz əməkdaşları tərəfindən hazırlanmış və Ulu Öndərimizə həsr olunmuş “Xalqa Bağışlanan Ömür” adlı sənədli film nümayiş etdirildi.
   Qeyd edək ki, Mərkəzdə fəaliyyət göstərən bütün kursları əhatə edəcək film nümayişləri 12 dekabr 2019-cu il tarixinədək davam edəcəkdir.

 

Keçidlər